2022-ci ildə “Azərişıq” ASC-nin xalis mənfəəti 56,257 milyon manat təşkil edib, bu da 2021-ci ilin göstəricisindən 4,4 dəfə çoxdur.
Cəmiyyətin saytında dərc olunan 2022-ci il ərzində maliyyə hesabatına əsasən, “Azərişıq”ın gəlirləri 1 milyard 540,473 milyon manat (artım 16,3% - İF), satışların maya dəyəri 1 milyard 318,841 milyon manat (2021-ci ilin göstəricisi ilə müqayisədə artım 13,5%) təşkil edib.
2022-ci ildə “Azərişıq”ın əməliyyat fəaliyyətindən gəlirləri 74,404 milyon manat (artım 2,5 dəfə), vergi ödənilənədək mənfəəti 63,991 milyon manat (artım 3,4 dəfə) təşkil edib.
Ötən il cəmiyyətin mənfəət vergisi üzrə ödənişləri 7,734 milyon manat (artım 25,2%) məbləğində olub.
2022-ci ildə “Azərişıq” ASC-nin aktivləri 9,9% - 2 milyard 915,645 milyon manatadək artıb. Cəmiyyətin uzunmüddətli aktivləri 2 milyard 619,423 milyon manata (artım 10%), qısamüddətli aktivləri 296,222 milyon manata (artım 8,7%) bərabərdir.
Hesabata əsasən, cəmiyyətin öhdəlikləri 696,128 milyon manat (azalma 0,4%) məbləğindədir.
“Azərişıq” ASC-nin kapitalı 2 milyard 219,517 milyon manata (artım 13,5%) bərabərdir. 2022-ci ilin sonuna cəmiyyətin nizamnamə kapitalı 1 milyard 678,705 milyon manat (dəyişməyib), yığılmış zərər 313,337 milyon manat (azalma 15,2%) təşkil edib.
“Azərişıq” ASC-nin funksiyalarına Azərbaycan Respublikasının ərazisində elektrik enerjisini satın almaqla istehlakçıların etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatı daxildir.**
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət