Cənubi Qafqaz regionda Türkiyə olmadan sülh mümkün deyil. Bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan bəyan edib.
“Hesab edirəm ki, regionda Türkiyə olmadan sülh mümkün deyil. Biz çox ümid edirik ki, Türkiyə regionda sülhün qurulması məsələsində təsirli addımlar atacaq", - Simonyan Türkiyə jurnalistləri üçün Ankarada keçirilən brifinqdə bildirib.
O qeyd edib ki, Ermənistanın «Azərbaycana heç bir ərazi iddiası yoxdur». "Biz Azərbaycanla sülh haqqında saziş bağlamağa hazırıq və bunda çox maraqlıyıq. Ticarət məqsədləri üçün bölgənin açılmasında heç bir problem görmürük. Azərbaycandan Naxçıvan və Türkiyəyə yüklər və insanlar sərbəst hərəkət edə bilər, əlbəttə ki, Ermənistan qanunvericiliyini və onun suverenliyini nəzərə alaraq", - Simonyan deyib.
«Biz, həmçinin hər zaman bu gün sərhəddə olan qoşunların qarşılıqlı şəkildə geri çəkilməsini təklif etdik və edirik», - o əlavə edib.
Simonyan qeyd edib ki, İrəvanda «Nemezis» abidəsinin ucaldılması Ermənistan rəhbərliyinin xarici siyasət mövqeyini əks etdirmir. "Təəssüf edirəm ki, İrəvanda abidənin ucaldılması Türkiyədə belə reaksiyaya səbəb olub. Qərar yerli özünüidarəetmə orqanı tərəfindən qəbul edilib. Mən abidənin ucaldılmasının Türkiyədə Ermənistan dövlətinin xarici siyasətinin təzahürü kimi və ya qonşuluq olmayan addım kimi qəbul edilməsini istəmirəm", - Simonyan bildirib.
Onun sözlərinə görə, Ermənistanın xarici siyasəti baş nazir və ölkənin xarici işlər naziri tərəfindən həyata keçirilir. "Siz hamınız son aylarda həmin səviyyədə qəbul olunan qərarlara şahidsiniz. Biz başa düşməliyik ki, istəsək, hər zaman münasibətlərin pisləşməsi üçün səbəblər tapmaq olar. Mən də Türkiyəyə səfər etməmək üçün min səbəb tapa bilərdim. Lakin mən, Türkiyə ictimaiyyətinə Ermənistanın sülhə və münasibətləri ilkin şərtsiz nizamlamağa hazır olduğunu demək üçün buradayam", - Ermənistan parlamentinin spikeri qeyd edib.
«Ümid edirəm ki, türkiyəli tərəfdaşlar da güzəştə gedəcəklər və biz bu tarixi fürsətdən istifadə edəcəyik, bizim və region üçün yeni səhifə açacağıq», - Simonyan bildirib.
Daha əvvəl Türkiyənin xarici işlər naziri Mövlüt Çavuşoğlu bəyan edib ki, Türkiyə “İrəvanda “Nemezis” abidəsinin ucaldılması təxribatına cavab olaraq” Ermənistan təyyarələrinin üçüncü ölkələrə uçuşları üçün hava məkanını bağlayıb. **
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət