Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistanı iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün daha çox səy göstərməyə çağırıb.
“Biz Ermənistan tərəfini xoşməramlılıq nümayiş etdirməyə və ölkələr arasında münasibətlərin normallaşdırılması ilə bağlı müzakirələrdə daha çox səy göstərməyə çağırırıq”, - deyə nazir mayın 8-də Vilnüsdə Litvanın xarici işlər naziri Qabrielius Landsberqis ilə görüşdən sonra keçirilən brifinqdə bildirib.
“İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, C.Bayramov qeyd edib ki, ikitərəfli təmaslarda müəyyən dinamikanın müşahidə olmasına baxmayaraq, müxtəlif istiqamətlərdə, o cümlədən ikitərəfli münasibətlərin əsaslarını müəyyən edən sülh müqaviləsi layihəsi, dövlət sərhədlərinin delimitasiyası, nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası üzrə əldə olunmuş tərəqqi hələ ümidlərimizi doğrultmayıb.
Onun sözlərinə görə, danışıqlar zamanı litvalı həmkarını münaqişədən sonra regionda yaranmış vəziyyət barədə məlumatlandırıb, həmçinin Azərbaycanın sülh gündəliyinin təkmilləşdirilməsi istiqamətində göstərdiyi səylərdən, o cümlədən Ermənistanla sülh sazişi layihəsi üzrə danışıqların son raundundan (mayın 1-4-də Arlinqtonda – İF-Az), işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işləri, bölgədə kommunikasiyaların açılması işlərindən danışıb.
XİN başçısı görüşdə Ermənistanın yaratdığı mina təhdidləri ilə bağlı mövzu qaldıraraq bunun insan hüquqlarının açıq şəkildə pozulması, sosial-iqtisadi inkişafa və məcburi köçkünlərin evlərinə qayıtmasına maneə olduğunu vurğulayıb. Bayramov əlavə edib ki, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanda 299 nəfər mina qurbanından 54-ü həlak olub.
“İnanırıq ki, iki ölkə arasında münasibətlərin normallaşdırılmasının ən yaxşı yolu ərazi bütövlüyünün qarşılıqlı tanınmasına və bir-birinin suverenliyə hörmətə əsaslanır. Azərbaycanın bu məsələdə mövqeyi aydın, prinsipial və dəyişməzdir”, - deyə C.Bayramov bildirib.*
R.Kərimov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət