Zəngəzur dəhlizinin işə salınması Azərbaycandan tranzit yük daşımalarının həcminin ildə 5-8 milyon ton artmasına imkan verəcək. “İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, bunu xarici işlər naziri Ceyhun Bayramov deyib.
“2022-ci ildə Azərbaycandan tranzit yük axını təxminən 75% artıb. Zəngəzur dəhlizi açıldıqdan sonra tranzit yüklərin həcminin ildə 5-8 milyon ton artacağı gözlənilir”, - deyə Bayramov bu gün Vilnüsdə litvalı həmkarı Qabrielius Landsberqislə danışıqların yekunları üzrə bildirib.
“Biz Litvanın tranzit operatorlarına və logistika şirkətlərinə Orta Dəhlizin üstünlüklərindən faydalanmağı təklif etdik”, - deyə XİN başçısı əlavə edib.
Nazir qeyd edib ki, Landsberqislə görüşdə ikitərəfli əməkdaşlığın siyasi, iqtisadi və humanitar aspektlərini, eləcə də bölgədəki vəziyyəti müzakirə ediblər.
O əlavə edib ki, Vilnüsdə aparılan danışıqlar zamanı tərəflər, həmçinin iqtisadi, tranzit və nəqliyyat sahələrində əməkdaşlığın dərinləşdirilməsi yollarını, habelə Azərbaycanın əsas ticarət tərəfdaşı olan Avropa İttifaqı ilə əməkdaşlığı nəzərdən keçiriblər.
Bundan başqa, Bayramov Litva şirkətlərini və investorları Ələt Azad İqtisadi Zonasında və Azərbaycanın sənaye parklarında yaradılan əlverişli şəraitdən faydalanmağa dəvət edib.
Xəbər verildiyi kimi, Azərbaycan hökuməti Zəngəzur dəhlizi çərçivəsində öz ərazisində avtomobil və dəmir yolu infrastrukturunun tikintisi ilə bağlı bütün işləri 2024-cü ildə başa çatdırmağı planlaşdırır.*
R.Kərimov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət