“SOCAR Turkiye Enerji” (SOCAR-ın Türkiyədəki törəmə şirkəti) STAR neft emalı zavodunun illik gücünü 11,3 milyon tondan 12 milyon tona qədər artırmağı planlaşdırır. Bu barədə “SOCAR Turkey Refining and Petrochemical Business Unit”in (“SOCAR Turkiye Enerji” şirkətinin bölməsi) prezidenti və “Petkim” şirkətinin baş direktoru Anar Məmmədov məlumat verib.
“Ötən il STAR NEZ-in illik neft emalı gücü 11,3 milyon ton təşkil edib. Bu il bu göstəricini 12 milyon tona çatdırmağı planlaşdırırıq. 2023-cü ilin I rübünün göstəriciləri bizim bu hədəfə doğru irəlilədiyimizi və ona çatmaq ehtimalının çox yüksək olduğunu göstərir”, - deyə o, bu gün İzmirdə azərbaycanlı jurnalistlər üçün keçirilən mətbuat konfransında “İnterfaks-Azərbaycan” agentliyinin sualına cavab verərkən bildirib.
STAR NEZ 2018-ci il oktyabr ayının 19-da istismara verilib. Zavodda “Azeri Light”, “Kərkük” və “Urals” neft növlərinin emalı nəzərdə tutulub.
Hazırda zavodda 20-dən çox neft növü emal edilir. Zavodun dizaynına görə emal üçün ən uyğunu ağır neft növləridir.
STAR NEZ-də illik 1,6 milyon ton nafta, 1,6 milyon ton reaktiv yanacaq, 4,8 milyon ton ultra aşağı kükürd tərkibli dizel yanacağı, 700 min ton neft koksu, 420 min ton qarışıq ksilol, 480 min ton reformat və 160 min ton kükürd istehsalı nəzərdə tutulur.
STAR neft emalı zavodu Türkiyənin əsas neft məhsullarına olan tələbatının 20-25%-ni təmin edir. Zavodun tikintisi “Petkim” neft-kimya kompleksini xammalla təmin etməyə və SOCAR-ın dizel yanacağı, aviasiya kerosini, eləcə də kimya sənayesi üçün xammalla Aralıq dənizi bazarına çıxmasına imkan verib.
SOCAR STAR NEZ-in tikintisi layihəsinə $7 milyarda yaxın sərmayə qoyub.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət