2022-ci ildə Rusiyadan Azərbaycana pul köçürmələri ÜDM-in 3%-ni təşkil edib. “İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, bu, Beynəlxalq Valyuta Fondunun (BVF) Yaxın Şərq və Mərkəzi Asiya ölkələri üzrə may hesabatında öz əksini tapıb.
Hesabata əsasən, 2022-ci ildə Rusiyadan Cənubi Qafqaz ölkələrinə pul köçürmələri 5 dəfəyədək artıb. Azərbaycana, Gürcüstana və Ermənistana pul köçürmələri ÜDM-in müvafiq olaraq 3%-ni, 8%-ni və 17%-ni təşkil edib.
BVF Azərbaycan iqtisadiyyatının üzləşdiyi problemlər arasında inflyasiyanı xüsusi vurğulayır. 2022-ci ilin sentyabr ayında Azərbaycanda inflyasiya zəif templə azalmağa başlayıb, 2023-cü ilin əvvəlində isə (aprelin sonuna 13,5%) ikirəqəmli səviyyədə qalıb. İnflyasiyaya təsir göstərən amillər arasında RF-dən idxalın yüksək paya malik olması, ölkədə əmək haqqının sürətli artımı, pul-kredit siyasətinin əhəmiyyətli dərəcədə sərtləşdirilməsinə baxmayaraq, fəal istehlak kreditləşməsi yer alır.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 2022-ci ildə RF-dən Azərbaycana pul köçürmələri $3 milyarda yaxın (artım 4,8 dəfə) və ya ölkəyə bütün pul köçürmələrinin 82%-ni təşkil edib.*
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət