“Gəncə avtomobil zavodu” İstehsalat Birliyi ilə İtaliyanın “SDF group” şirkəti ilə Azərbaycanda alman traktorlarının birgə yığılmasını təşkil edəcək.
Bazar ertəsi “Gəncə avtomobil zavodu” ilə İtaliyanın “SDF group” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. “SDF group” həm Avropa, həm də dünya aqrar bazarında öz keyfiyyəti və dayanıqlılığı, yüksək məhsuldarlıq göstəriciləri ilə fərqlənən traktor istehsalçısıdır.
Zavodun mətbuat xidmətindən verilən məlumata görə, tərəflər arasında DEUTZ-FAHR 4100 W, 6205 g и 115 G AGROFARM alman modellərinin Azərbaycanda yığılmasına dair ilkin razılıq əldə edilib.
Müqaviləni “Gəncə avtomobil zavodu” İB-nin direktoru Bağban Nəbiyev və “SDF group”un beynəlxalq regional direktoru Umberto Miceli imzalayıblar.
“İB-nin Servis və marketinq şöbəsinin apardığı araşdırmalara görə, keyfiyyəti ilə seçilən alman traktorlarına Azərbaycan bazarında tələbatın olduğunu nəzərə alaraq, “Gəncə avtomobil zavodu” il ərzində ilkin mərhələdə 300-ə yaxın traktorun yığılmasını planlaşdırır”, - məlumatda deyilir.
Müqavilənin şərtlərinə əsasən, gələcəkdə zavod İtaliyanın “SDF group” şirkəti ilə ikitərəfli əməkdaşlıq çərçivəsində yığılacaq traktorların model sırasını genişləndirməyi planlaşdırır
1986-cı ildə əsası qoyulmuş Gəncə Avtomobil Zavodunun istehsal gücü 30 min ədəd ortatonnajlı avtomobil istehsalı üçün hesablanıb. Müəssisənin tikintisi layihəyə görə 1989-cu ilin sonlarına qədər başa çatmalı idi. Lakin SSRİ-nin dağılması nəticəsində zavodun tikintisi dayandırılıb. Zavod 2004-cü ilin dekabrında işə düşüb.
2007-ci ildən etibarən zavod öz sifarişçilərinə təxminən 15 min traktor və müxtəlif model və modifikasiyalı digər kənd təsərrüfatı texnikaları yığıb və tədarük edib. Bu dövr ərzində zavodda 5000-dən çox müxtəlif markalı və modelli yük avtomobili yığılıb. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət