Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın “Anglo-Asian Mining Plc.” (AAM) şirkəti 2022-ci ildə $84,7 milyon gəlir əldə edib ki, bu da 2021-ci ilin göstəricisindən 8,4% azdır. “İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, bu barədə şirkətin məlumatında deyilir.
Gəlirlərin azalması “Gədəbəy” yatağından qızıl hasilatında qeydə alınan azalma ilə şərtlənib.
Ötən il istehsalın azalması səbəbindən qızıl hasilatı üzrə ümumi xərclər bir unsiya üçün 26,2% - 1,064 ABŞ dollarına qədər artıb.
2022-ci ildə “Anglo Asian Mining”in əsaslı xərcləri $10,2 milyon, geoloji kəşfiyyat xərcləri $7,2 milyon təşkil edib.
Ötən ilin yekunları üzrə vergi ödənilənədək mənfəət $7,5 milyon (azalma 40,5%) təşkil edib.
2022-ci il dekabrın 31-nə qalıq pul vəsaitlərinin həcmi $20,4 milyon (2021-ci il dekabrın 31-nə $37,5 milyon) olub.
2022-ci ildə hasilat qızıl ekvivalentində 57,618 min unsiya təşkil edib (2021-ci illə müqayisədə azalma 10,8% – İF).
2022-ci ildə şirkət tərəfindən 43,114 min unsiya qızıl (azalma 11,4%), 182,046 min unsiya gümüş (artım 17,8%) və 2,516 min ton mis (azalma 5%) hasil edilib.
Hesabat ilində dünya bazarlarında bir unsiyası $1,783 min olan 34,918 min unsiya qızıl külçə (azalma 11,7%) satılıb. 2021-ci ildə isə hər unsiya üçün orta satış qiyməti $1,799 min təşkil edib.
“Bu, “Anglo Asian” üçün daha bir mühüm il olub, belə ki, şirkət orta səviyyəli mis istehsalçısına çevrilir. Biz istehsal planını yerinə yetirmişik, eyni zamanda, inkişaf strategiyasına uyğun olaraq yeni mədənlərimizdə əhəmiyyətli irəliləyiş əldə etmişik. Şirkət güclü balansa və əsaslı xərclərlə bağlı qarşıda duran tələbləri yerinə yetirmək üçün yaxşı imkanlara malikdir”, - deyə şirkətin sədri Xosrov Zamani qeyd edib.
Azərbaycan hökuməti və “Anglo Asian Mining PLC” şirkəti arasında Production Sharing Agreement (PSA) tipli müqavilə 1997-ci il avqust ayının 21-də imzalanıb və 6 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo Asian Mining PLC” şirkətinin payı 49% təşkil edir.
2021-ci ilin sentyabr ayında imzalanmış yeni müqaviləyə əsasən, 3 yeni müqavilə bloku “Anglo Asian Mining”in sərəncamına verilib və şirkət bir yatağı işləmək hüququndan imtina edib. Bununla da hazırda şirkət Azərbaycanda 8 müqavilə sahəsini işləmək hüququna malikdir.
“Gədəbəy” yatağından ilk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına 2010-cu ildə başlanılıb. Şirkət 2013-cü ilin sentyabr ayında “Qoşa” müqavilə sahəsinin işlənməsinə başlayıb.
Hazırda “Anglo Asian Mining” “Gədəbəy” və “Qoşa” müqavilə sahələrindən qiymətli metal hasil edir.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət