Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistanla sülh müqaviləsi üzrə danışıqlar prosesinin müsbət dinamikasını qeyd edir.
“Bu format (Azərbaycan, Rusiya və Ermənistan XİN başçıları səviyyəsində danışıqlar) hələ ötən ilin sonunda (dekabrda – İF) nəzərdə tutulmuşdu, lakin indiki görüşün iştirakçılarından (Bayramov və Lavrov – İF-Az) asılı olmayan səbəblərə görə baş tutmadı. Həm bu görüşün təşkil edilməsi, həm də Ermənistanla Azərbaycan arasında danışıqlar prosesində müşahidə edilən müsbət dinamika - may ayında baş tutan kifayət qədər sıx təmasları nəzərdə tuturam və belə bir imkan (Moskvada görüşlər – İF-Az)... biz bunu çox yüksək qiymətləndiririk”, - deyə Bayramov bu gün Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşdə bildirib.
“İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, Azərbaycan XİN başçısı əlavə edib: “Bu gün Ermənistanla Azərbaycan arasında postmünaqişə dövründə nizamlanma ilə bağlı bir sıra məsələləri ikitərəfli əsasda, eləcə də Azərbaycan ilə Rusiya arasında ikitərəfli gündəliyi müzakirə etmək imkanı olacaq”.
Rusiya ilə əməkdaşlığa toxunan Bayramov qeyd edib ki, baş nazirin müavini Şahin Mustafayevin başçılıq etdiyi təxminən 80 nəfərdən ibarət Azərbaycan nümayəndə heyəti hazırda Kazandadır və Rusiya tərəfi ilə danışıqlar aparacaq. Danışıqlar zamanı Bakı və Moskva geniş spektrli məsələləri nəzərdən keçirəcək.
Öz növbəsində, Lavrov qeyd edib ki, Rusiya, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin üçtərəfli görüşü bu gün günün ikinci yarısında keçiriləcək.*
R.Kərimov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət