Azərbaycan-Rusiya İşgüzar Şurasının İdarə Heyətinin sədri Səməd Qurbanov “Rusiya – İslam Dünyası: KazanForum” Beynəlxalq İqtisadi Forumu çərçivəsində Mordoviya Respublikasının rəhbəri Artyom Zdunovla görüşüb.
“İnterfaks-Azərbaycan” agentliyi Mordoviya rəhbərinin mətbuat xidmətinə istinadən xəbər verir ki, görüş zamanı tərəflər ikitərəfli əməkdaşlığın genişləndirilməsi perspektivlərini qeyd ediblər. Xüsusilə aqrar sənaye, yanacaq-energetika və telekommunikasiya sahələrində əməkdaşlığın inkişaf potensialı diqqətə çatdırılıb.
2022-ci ilin yekunları üzrə Mordoviyanın 11 sənaye müəssisəsi öz məhsullarını Azərbaycana ixrac edib. Eyni zamanda, Mordoviyanın potensialı ixracı genişləndirməyə imkan verir. Bu, xüsusilə metal emalı, kabel sənayesi, cihazqayırma, qida istehsalı və s. sahələrə aiddir.
Qurbanov Azərbaycan tərəfinin əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu deyib.
“Tərəflər qarşılıqlı biznes-missiyaların təşkili barədə razılığa gəliblər. Mordoviya sənayeçiləri bu ilin sentyabr ayında Azərbaycana səfər etməyi planlaşdırırlar”, - deyə məlumatda qeyd olunur.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət