Azərbaycan 2030-cu ilə qədər Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin gücünün ildə 15 milyon tona çatdırılması üçün Rusiya ilə birgə işləməyə hazırdır. Bunu Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayev deyib.
“Hər iki ölkə (Azərbaycan və Rusiya - İF) nəqliyyat və logistika əlaqələrinin inkişafına xüsusi önəm verir. Bu, Azərbaycan və Rusiya arasında yükdaşımaların həcmində müsbət artım dinamikasını təmin edib. 2022-ci ildə ikitərəfli yükdaşımaların ümumi həcmi 21,5%, tranzit daşımaları 174% artıb”, - deyə baş nazirin müavini “Rusiya - İslam Dünyası: KazanForum” Beynəlxalq İqtisadi Forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Şimal-Cənub dəhlizi prioritet əhəmiyyət kəsb edir. “2022-ci ildə bu dəhlizlə tranzit yüklərin daşınması 1,5 dəfə artıb. Biz 2030-cu ilə qədər dəhlizin daşıma qabiliyyətini ildə 15 milyon tona çatdırmaq üçün əməkdaşlığa hazırıq”, - deyə Mustafayev qeyd edib.
Baş nazirin müavini əlavə edib ki, Azərbaycan 2023-cü ildə Rusiya ilə ticarət dövriyyəsinin artacağına ümid edir. “2022-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 24% artıb. Bu il artım dinamikası davam edir, biz daha yaxşı nəticələr əldə edəcəyimizə ümid edirik”, - deyə Mustafayev bildirib.
O vurğulayıb ki, Rusiyanın Azərbaycan iqtisadiyyatına investisiyaları təqribən $8 milyard məbləğində qiymətləndirilir.*
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət