Azərbaycan 4-cü Sənaye İnqilabına (4IR) keçidi dəstəkləmək üçün perspektiv vəd edən siyasət və işçi qüvvəsi hazırladığı təqdirdə, 2025-ci ilə qədər ölkənin aparıcı sektorunda 42 min yeni iş yeri yarada bilər.
“İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, Asiya İnkişaf Bankının (AİB) araşdırmasına əsasən, süni intellektin, avtonom işləyən robotların və digər mütərəqqi texnologiyaların tətbiqi sayəsində kənd təsərrüfatı məhsullarının emalı sənayesində 15 minə yaxın, daşıma və anbarlama sektorunda isə 27 min yeni iş yeri yaradıla bilər.
AİB-in “Mərkəzi və Qərbi Asiyada yüksək inkişaf edən sənayelərdə bacarıqların inkişafı vasitəsilə dördüncü sənaye inqilabından faydalanmaq” adlı araşdırmasında Azərbaycan, Pakistan və Özbəkistanda yeni texnologiyaların yaratdığı və əvəzlədiyi iş yerlərinin potensial təsiri qiymətləndirilir.
“4-cü Sənaye İnqilabı Azərbaycanda əmək bazarında və əsas sənayelərdə tələb olunan bacarıqlarda əhəmiyyətli dəyişikliklərə səbəb ola bilər. İş yerlərində və məhsuldarlıqda müsbət dinamika əldə etməklə bu keçidin təsirindən tam bəhrələnməsi üçün ölkənin bacarıqlara və təlimlərə sərmayə qoyması çox vacibdir”, - deyə AİB-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kendis Makdeyqan qeyd edib.
Araşdırma 4-cü Sənaye İnqilabının Azərbaycanın iki sənaye sahəsində iş və bacarıqlara necə təsir edəcəyini təhlil edir. Bu sahələr iqtisadiyyat üçün vaciblik, 4-cü Sənaye İnqilabına, habelə regional və milli inkişaf planlarına uyğunluğuna əsasən seçilib. 4-cü Sənaye İnqilabına hazırlığı yoxlamaq üçün tədqiqatda onlayn iş portalı məlumatlarının təhlili, həmçinin iki sənaye sahəsində və təlim müəssisələrində işəgötürənlərin fikirləri yer alıb.
Araşdırmaya əsasən, 4-cü Sənaye İnqilabı texniki funksiyaların əhəmiyyətli dərəcədə artmasına səbəb olacaq və bir çox əl əməyinə əsaslanan işləri əvəzləyəcək. Azərbaycanda kənd təsərrüfatı məhsullarının emalı, daşıma və anbarlama sənayesində çalışanlar daha yaxşı iş yerləri əldə etsə də, 4-cü Sənaye İnqilabı texnologiyalarının tətbiqinin fiziki işlə məşğul olan işçilərə mənfi təsirlərini azaltmaq üçün sosial müdafiə və ixtisasların artırılması siyasətlərinə ehtiyac var.
Araşdırmaya əsasən, kənd təsərrüfatı məhsullarının emalı sənayesində 4-cü Sənaye İnqilabı texnologiyalarının tətbiqi 2020-ci ildən 2025-ci ilə qədər əmək məhsuldarlığını 49% artıra bilər. Eynilə, daşıma və anbarlama şirkətlərində məhsuldarlıq 41% arta bilər.
Araşdırma öz işçilərinin yetişdirilməsində əhəmiyyətli dərəcədə resurs çatışmazlığı ilə üzləşən şirkətlər, xüsusilə də kiçik və orta bizneslər (KOB) üçün stimullaşdırıcı mexanizmlər tövsiyə edir. Bu, 4-cü Sənaye İnqilabı üçün hazır işçi qüvvəsinin yaradılmasına kömək edə və bəzi işçi qrupları üçün avtomatlaşdırma nəticəsində işini itirmə riskini azalda bilər.
“Araşdırma göstərir ki, analitik və qeyri-müntəzəm tapşırıqlar gündəlik işlərdən daha vacib olacaq və Azərbaycanda işəgötürənlər çox güman ki, yaradıcı və dizayn təfəkkürünə, həmçinin texnoloji bacarıqlara malik kadrlara üstünlük verəcək. İş axtaran və işə götürənlərin 4-cü Sənayə İnqilabına aid işlər üçün tələb olunan əsas bacarıqları tapmasına kömək edən platformaları, hətta süni intellekt və ya “Big Data” texnologiyalarının köməyi ilə ərsəyə gəlsə belə, onları dəstəkləmək üçün yaxşı bir fürsət yaranıb”, - deyə AİB-in təhsil üzrə baş mütəxəssisi, tədqiqatın aparıcı müəllifi Şanti Caqannatan bildirib.*
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət