Səhmlərində dövlətin payı olan müəssisələr 2022-ci ildə dövlət büdcəsinə 130 milyon 656,8 min manat (cari məzənnə ilə $76,8 milyon) dividend ödəyib ki, bu da 2021-ci ilin göstəricisindən 2,9% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Hesablama Palatasından məlumat verilib.
2022-ci ildə səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər üzrə plan 122,7% yerinə yetirilib.
2022-ci ildə “Azərbaycan Beynəlxalq Bankı” ASC dövlət büdcəsinə 120 milyon 458,8 min manat dividend (plandan 20,5% çox) ödəyib, 2021-ci illə müqayisədə 2022-ci ildə azalma 0,3% təşkil edib.
Bundan başqa, “Aqrarkredit” QSC 198 min manat (2022-ci ildə dividend ödənişi planlaşdırılmamışdı), “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) 10 milyon manat dividend (2 dəfə çox) ödəyib.
Hesablama Palatası qeyd edir ki, 2022-ci ildə “Azər-Türk Bank” ASC tərəfindən dividend ödənişi 1,5 milyon manat məbləğində proqnozlaşdırılmışdı. Bankın 2021-ci ili 554 min manat xalis mənfəətlə başa vurmasına baxmayaraq, həmin məbləğ dividend kimi səhmdarlara ödənilməyib və bankın kapital hesablarına aid edilib.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət