“ACWA Power” şirkəti (Səudiyyə Ərəbistanı) 2025-ci ildə Azərbaycanda 240 MVt gücündə “Xızı-Abşeron” külək elektrik stansiyasını istismara verəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Energetika Nazirliyindən bildirilib.
Energetika naziri Pərviz Şahbazovun Səudiyyə Ərəbistanı Krallığına səfəri çərçivəsində “ACWA Power” şirkətinin İdarə Heyətinin sədri Mohammad Abunayyan ilə görüşündə stansiyanın tikintisi müzakirə olunub.
“Görüşdə 240 MVt gücündə “Xızı-Abşeron” külək elektrik stansiyası, quruda və dənizdə ümumi gücü 2.5 QVt olan külək enerjisi, həmçinin enerji saxlanc sistemləri layihələri üzrə əməkdaşlığın cari vəziyyəti müzakirə edilib. “Xızı-Abşeron” KES-in reallaşdırılması ilə bağlı fəaliyyət planı və müddətlər nəzərdən keçirilib. İmzalanmış müqavilələrdən irəli gələn məsələlər müzakirə edilib və stansiyanın tikintisinin intensivləşdirilməsi razılaşdırılıb. Külək elektrik stansiyasının 2025-ci ildə istismara veriləcəyi bildirilib”, - deyə məlumatda qeyd olunur.
Şahbazov “ACWA Power” şirkətini Naxçıvanda “yaşıl enerji” layihələrində iştiraka dəvət edib.
2020-ci il yanvarın 9-da Bakıda Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti arasında 240 meqavat gücündə külək elektrik stansiyasının tikintisi haqqında İcra müqaviləsi imzalanıb. 2020-ci ilin dekabrında Energetika Nazirliyi və “ACWA Power” arasında “İnvestisiya müqaviləsi”, “Azərenerji” ASC ilə “Enerji alqı-satqı müqaviləsi” və “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi” imzalanıb.
Layihə çərçivəsində hər biri 6 MVt gücündə olan 40 ədəd külək turbin qurğusu quraşdırılacaq. Abşeron rayonunun Pirəkəşkül kəndində 17 külək turbini, Xızı rayonunun Sitalçay kəndində isə ümumi gücü 23 ədəd külək turbininin quraşdırılması planlaşdırılır.
Layihə build - own - operate (tik – sahib ol – idarə et) prinsipi əsasında həyata keçiriləcək. Layihənin ümumi dəyəri $300 milyon, investoru “ACWA Power” şirkətidir. Elektrik stansiyasında illik 1 milyard kilovat/saat elektrik enerjisi istehsal olunacaq, eyni zamanda, 220 milyon kubmetrədək qaza qənaət ediləcək.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət