“TAV Technologies” şirkəti Azərbaycanda Heydər Əliyev Beynəlxalq Aeroportunda slotların paylanması və səyahət sənədlərinin avtorizasiyası üzrə öz həllərini tətbiq edəcək.
“Heydər Əliyev Beynəlxalq Aeroportu Türkiyənin “TAV Technologies” şirkəti ilə hava limanında slotların paylanması və idarə edilməsi proseslərinin daha da təkmilləşdirilməsi haqqında müqavilə imzalayıb. Bundan əlavə, “TAV Technologies” şirkətinin TDAS məhsulunun istifadəsi nəticəsində pasport nəzarəti və digər səyahət sənədlərinin yoxlanılması prosesləri tam avtomatlaşdırılacaq və rəqəmsallaşdırılacaq”, - deyə AZAL-dan bildirilib.
Qeyd olunub ki, Heydər Əliyev Beynəlxalq Aeroportu ilə “TAV Technologies” arasında əməkdaşlıq sərnişinlərə göstərilən xidmət keyfiyyətinin və əməliyyat səmərəliliyinin artırılması üçün qabaqcıl texnologiyaların istifadəsində yeni perspektivlər açır.
“Bu əməkdaşlıq, həmçinin hava limanının təhlükəsizliyini yaxşılaşdıracaq və sərnişinlərə səmərəli xidmət göstərəcək yeni təhlükəsizlik sistemlərinin tətbiqini təşviq edəcək”, - deyə “Azərbaycan Hava Yolları” QSC-nin birinci vitse-prezidenti Samir Rzayev vurğulayıb.
“Bu layihə bizim Azərbaycanda ilk iş təcrübəmizdir ki, bu da onu şirkətimiz üçün mühüm mərhələyə çevirir. Hesab edirəm ki, qabaqcıl sistemlərimizin tətbiqi Heydər Əliyev Beynəlxalq Aeroportunun rəqəmsallaşmasına, əməliyyat səmərəliliyinin və sərnişin məmnuniyyətinin artırılmasına töhfə verəcək”, - deyə “TAV Technologies” şirkətinin baş direktoru M.Kerem Öztürk qeyd edib.
Heydər Əliyev Beynəlxalq Aeroportu Azərbaycanın milli aviadaşıyıcısı AZAL üçün baza hava limanıdır.
“TAV Airports Holding”in törəmə şirkəti olan “TAV Technologies” Türkiyənin əsas hava limanı operatoru və dünyada texnologiya sahəsində aviasiya xidmətləri və həllərini inkişaf etdirən və tətbiq edən aparıcı brenddir.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət