Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç Serbiya-Azərbaycan Strateji Tərəfdaşlıq Şurasının ilk iclasının 2023-cü ildə keçiriləcəyini bildirib.
Vuçiç Azərbaycanın Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
“Ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının25-ci ildönümünü qeyd etdiyimiz ötən il əməkdaşlığın əldə olunmuş səviyyəsi ilə fəxr edirəm. Sizin 2022-ci il noyabrın 23-də Serbiyaya səfəriniz və Serbiya Respublikası ilə Azərbaycan Respublikası arasında Strateji Tərəfdaşlıq Şurasının yaradılması haqqında Memorandumu imzalamağımız xoş xatirələrlə yaddaşımda qalıb. Həmin il dekabrın20-21-də Bakıya səfərim və qarşılıqlı əhəmiyyət kəsb edən bütün sahələrdə əməkdaşlığın təkmilləşdirilməsi ilə bağlı aparılan uğurlu müzakirələr Serbiya-Azərbaycan münasibətlərinin davamlı inkişafının sübutudur”, - deyə Serbiya Prezidenti bildirib.
O, Bakı və Belqradın strateji səviyyədə olan siyasi dialoqu, həmçinin çoxtərəfli, xüsusilə də iqtisadi sahədə əməkdaşlığı birgə səylərlə inkişaf etdirməkdə davam edəcəyinə əminlik ifadə edib.
“Cari il Sizin Serbiyaya gözlənilən səfəriniz və bu səfər çərçivəsində Serbiya və Azərbaycan arasında qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlığın gələcək inkişafına əlavə imkanlar yaradacaq Strateji Tərəfdaşlıq Şurasının ilk iclasının keçirilməsinin planlaşdırılması məni çox sevindirir”, - deyə Vuçiç vurğulayıb.*
R.Əhmədov
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət