Azərbaycan MDB məkanında ən yüksək beynəlxalq ehtiyatlara malik ölkələrdən biri olaraq qalır, 2023-cü ilin birinci rübünün sonuna ölkənin beynəlxalq ehtiyatları$62,6 milyard həcmində qiymətləndirilir. “İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, “Qazprombank”ın analitikləri belə hesab edirlər.
“Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri tarixi maksimuma çatıb. Karbohidrogen resurslarının yüksək qiymətləri sayəsində ARDNF-in aktivləri birinci rübdə 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 18% - $53,4 milyarda qədər artaraqtarixi maksimumu yeniləyib”, - deyə bankın Azərbaycan iqtisadiyyatı ilə bağlı icmalında qeyd olunur.
Artan xarici risklər fonunda Dövlət Neft Fondunun aktivlərinin əhəmiyyətli dərəcədə artmasına aşağıdakı amillər kömək edib: birincisi, Asiyada tələbatın bərpası fonunda karbohidrogen bazarında qiymətlərin cəlbedici səviyyədə qalması (2023-cü ilin birinci rübündə “Brent” markalı neftin orta qiyməti 1 barel üçün $82,1 təşkil edib, bu isə neftin dövlət büdcəsində müəyyən edilmiş qiymətindən 1,6 dəfə çoxdur), ikincisi, valyuta bazarında tarazlığın qorunması fonunda həftəlik hərraclarda ARDNF-in valyuta satışlarının illik göstəricidə 42,8% azalması.
“Beləliklə, xarici böhran amillərinə baxmayaraq, Azərbaycan MDB məkanında ən yüksək beynəlxalq ehtiyatlara malik ölkələrdən biri olaraq qalır. 2023-cü ilin yanvar-mart aylarının yekunları üzrə Azərbaycanın qızıl-valyuta ehtiyatları $62,6 milyard təşkil edib və ÜDM-in 80%-nə yaxınlaşıb, bu isə 46,9 aylıq idxalın maliyyələşdirilməsini təmin edir”, - deyə Rusiya bankının analitikləri qeyd edirlər.
Onların qiymətləndirmələrinə görə, ARDNF beynəlxalq ehtiyatların idarə edilməsində konservativ yanaşmanın tərəfdarıdır. “Fond investisiya portfelinin formalaşmasında konservativ yanaşmanın tərəfdarıdır. Birinci rübün sonunda investisiya portfelində borc alətlərinin payı 61% təşkil edib. ARDNF, həmçinin səhmlərə (21,1%), qızıla (12,1%) və daşınmaz əmlaka (5,7%) investisiya qoyur. Valyuta risklərini minimuma endirmək üçün Dövlət Neft Fondu təkcə müxtəlif alətlərdən istifadə etmir, həm də valyutalar üzrə müəyyən edilmiş limitlərə uyğun vəsaitlərini idarə edir. ARDNF-in investisiyalarının təxminən 70%-i ABŞ dolları, 20%-i avro,5%-i funt sterlinq, təxminən5%-i isə digər valyutalarda ifadə olunub”, - deyə icmalda vurğulanır.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət