“AccessBank" 2022-ci ildə mikrokreditləşmə üzrə portfelini 38,9% - 546,217 milyon manatadək artırıb.
Bu barədə ötən ilin yekunları üçün bankın audit olunmuş maliyyə hesabatında məlumat verilir.
Kiçik və orta müəssislərin kreditləşməsi üzrə bankın portfeli 136,973 milyon manat təşkil edib, bu da 2021-ci ilin sonuna olan göstəricidən 22% azdır.
Hesabata əsasən, bankın istehlak kreditləşməsi üzrə portfeli 1,6 dəfə - 145,607 milyon manatadək artıb.
Bütövlükdə, 2022-ci ildə bankın kredit portfeli 25,3% - 828,797 milyon manatadək artıb.
2022-ci ilin yekunları üzrə KOB kreditləşməsi üzrə bankın kredit portfelinin 16,5%-ni, mikrokreditləşmə üzrə - 65,9%-ni, istehlak kreditləşməsi üzrə - 17,6%-ni təşkil edib.
2022-ci ilin sonuna olan məlumata görə, bankın ticarət sahəsinin kreditləşməsi üzrə portfeli 250,254 milyon manat (artım 16,9%), xidmət sahəsinin – 225,379 milyon manat (artım 54,3%), ASK sahəsinin – 199,454 milyon manat (artım 24,4%), istehlak sahəsinin – 52,207 milyon manat (azalma 22,6%), istehsal sahəsinin – 55,106 milyon manat (artım 33%), nəqliyyat sahəsinin – 46,101 mln. manat (45,4%) təşkil edib.
“AccessBank” Azərbaycanda 2002-ci ildən fəaliyyət göstərir və aktivlərinin həcminə görə bankların TOP-10-a daxildir. Bankın bütün səhmdarları xarici banklar və maliyyə institutlarıdır: Asiya İnkişaf Bankı (30,12%), Avropa İnvestisiya Bankı (26,31%), FMO (14,24%).**
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət