Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Özbəkistanın “Uzbekneftegaz” SC arasında neft, neft-kimya, qaz-kimya və digər neft məhsullarının ticarət və logistikasına dair Niyyət Protokolu imzalanıb. Bu barədə SOCAR-ın məlumatında deyilir.
Sənəd mayın 31-də Bakıda SOCAR-ın prezidenti Rövşən Nəcəf ilə “Uzbekneftegaz” SC-nin İdarə Heyətinin sədri Baxodirjon Sidiqov arasında aparılan danışıqların yekunları üzrə imzalanıb.
Görüşdə Azərbaycan və Özbəkistan dövlət başçıları tərəfindən qəbul olunan qərarların və verilən tapşırıqların icrası istiqamətində ötən dövr ərzində önəmli addımların atıldığı ifadə edilib.
Bu xüsusda ötən ilin iyul ayında SOCAR ilə “Uzbekneftegaz” arasında əməkdaşlığın genişləndirilməsinə dair “Yol xəritəsi”nin strateji əhəmiyyəti diqqətə çatdırılıb, bu istiqamətdə görülən işlər nəzərdən keçirilib.
“Görüş çərçivəsində neft-qaz sektorunda əməkdaşlıq imkanları, neft və neft-kimya məhsullarının ticarəti, rəqəmsal və innovativ texnologiyaların tətbiqi, əməyin sağlamlığı və təhlükəsizliyi, təcrübə mübadilələrinin aparılması və qaşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb”, - deyə məlumatda bildirilir.*
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət