Britaniyanın BP şirkəti Azərbaycanda yeni böyük qaz ehtiyatlarının aşkar olunmasını gözləyir. Bunu BP-nin icraçı direktoru Qordon Birrel deyib.
“Hazırda şirkət dərin qatlardakı qaz ehtiyatları ilə bağlı ətraflı məlumat əldə etmək üçün “Azəri-Çıraq-Günəşli” blokunda qiymətləndirmə quyusu qazır. Eyni zamanda, “Şahdəniz” yatağında yeni kəşfiyyat quyusunun qazılması istiqamətində iş aparılır. Ümid edirəm ki, qeyd olunan işlərin nəticəsində böyük qaz ehtiyatları aşkar olunacaq və bu, Avropaya qaz ixracını artırmağa imkan verəcək”, - deyə Birrel bu gün 28-ci Bakı Enerji Forumunda çıxışı zamanı bildirib.
«Biz enerji səmərəliliyinə sadiqliyimizi qoruyuruq. Bununla əlaqədar Cəbrayıl rayonunda 240 MVt gücündə günəş elektrik stansiyasının inşasını planlaşdırırıq”, - deyə o qeyd edib.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət