Türkiyə yaxın illərdə Azərbaycandan Türkiyəyə turist axınının 1 milyon nəfərə çatacağına ümid edir. Bunu Türkiyə Otelçilər Dərnəyinin (TÜROB) sədri Müberra Eresin deyib.
“Anadolu” agentliyi xəbər verir ki, Bakıda turizmin inkişafına həsr olunmuş Azərbaycan-Türkiyə seminarı keçirilib.
Eresin bildirib ki, Azərbaycandan Türkiyəyə səfər edən turistlərin sayı pandemiyadan əvvəlki səviyyəyə çatıb.
Onun sözlərinə görə, 2022-ci ildə Azərbaycandan Türkiyəyə 700 minə yaxın turist səfər edib.
“Bu rəqəmin yaxın müddətdə 1 milyona çatacağını proqnozlaşdırırq. Türkiyə 2022-ci ildə azərbaycanlı turistlər üçün əsas turizm istiqaməti olub”, - deyə sədr qeyd edib.
O əlavə edib ki, 2022-ci ildə Türkiyədən Azərbaycana 315 min turist səfər edib.
“Azərbaycan Türkiyə vətəndaşları üçün turizm istiqamətlərinin ilk beşliyində qərarlaşıb. Bu da Azərbaycanın Türkiyə turizmi üçün nə qədər əhəmiyyətli olduğunu göstərir. Azərbaycanın Türkiyədən daha çox turist qəbul etmək potensialı var”, - deyə o bildirib.*
R.Əhmədov
Xan Yunis sakinlərinə təxliyə əmri verilib
Horovluda məktəb, uşaq bağçası və ticarət mərkəzi inşa olunacaq
2022-ci ildə ASK-nin gəlirlərinin 64%-i alüminium məhsulların satışının payına düşüb
Manat avro və rubla qarşı bahalaşıb, dollar və lirəyə qarşı sabitdir
“Rabalon” Naxçıvanda Data Mərkəzi binasının layihəsini hazırlayacaq
“Datum” “AzerGold”un 1,9 milyon manatlıq tenderinin qalibi olub
Əliyev İsmayıllıda “DOST EVİ” filialının açılışında iştirak edib
İsrail Baş Qərargah rəisi Qəzzanın cənubunda da güclü əməliyyat vəd edib
İsrail ordusu HƏMAS-a qarşı hərbi əməliyyatlar başlayandan bəri 10 min hava zərbəsi endirib
İsrail hökuməti Qəzzada bufer zonası yaratmaq planını təsdiqləyib
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
Bakı Ali Neft Məktəbində Mədəniyyət və İncəsənət Universitetinin 100 illik yubileyi qeyd olunub
Gələn həftə Bakıda SPECA Sammiti keçiriləcək
Dayanıqlı İnkişafa dair II Bakı Forumu keçiriləcək
Dekabrda Bakıda ilk dəfə İstehsal Texnologiyaları Sərgisi keçiriləcək