Hazırda Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (TARCECA) avtomobil daşımaları üçün elektron icazələr tətbiqi üzərində işləyir. Bu barədə TRACECA-nın baş katibi Aset Asavbayev bəyan edib.
“Rəqəmsallaşma işi çərçivəsində avtomobil daşımalarının həyata keçirilməsi üçün elektron icazələrin tətbiqi üçün şərait yaratmağı planlaşdırırıq. Biz görürük ki, bu gün beynəlxalq daşıyıcılar tranzit daşımalar üçün daha çox sayda icazələrin aəldə olunması zərurəti ilə üzləşirlər, bu səbəbdən katiblik tərəfindən TRACECA-nın vahid tranzit icazəsinə dair saziş hazırlanıb, onun çərçivəsində kağız tranzit icazələrin bir leketon icazə ilə əvəzlənməsi planlaşdırılır”, - Asavbayev cümə günü Bakıda I AzərbaycanBeynəlxalqNəqliyyatvəLogistika Forumunda bildirib.
Vahid rəqəmsal tranzit icazənin tətbiqi ilə yanaşı TRACECA həmçinin, 2016-cı ildən etibarən uğurla tətbiq olunan mövcud çoxtərəfli həll sisteminin inkişafı ilə məşğuldur.
Asavbayev qeyd edib ki, növbəti istiqamət regional əlaqəni təmin edəcək dəniz daşımalarının səmərəliliyinin təmin edilməsidir. Bu istiqamətdə gəminin layihə sənədlərinin daha ətraflı hazırlanması üzrə işlər davam etdiriləcək ki, bu da daşınan yüklərin dəyərinin nəqliyyat komponentini azaldacaq.
O cümlədən, baş katib qeyd edib ki, gömrük prosedurlarının və sərhəd keçidlərində rəsmiyyətin harmoniyasını dəstəkləmək məqsədilə TRACECA marşrutlarında gömrük məsələləri istiqamətində seminarlar keçirilir.
“Gələcəkdə daşınma şərtlərinin sadələşdirilməsi məqsədilə katiblik tərəfindən TRACECA çərçivəsində peşəkar sürücülərin vizasız səfərlərinə dair saziş layihəsi hazırlanıb, hazırda bu sazişin mətni maraqlı tərəflər arasında müxzakirə olunur”, - baş katib qeyd edib.
Onun sözlərinə görə, Aİ-Qara dəniz- Gürcüstan-Azərbaycan-Xəzər dənizi-Mərkəzi Asiya multimodal marşrutu ilə yüklərin yarımqoşqular vasitəsilə pilot daşınması həyata keçirilir. Cari il 10-15 iyun tarixlərində növbəti tədris-tanışlıq səfəri çərçivəsində daşınmaların nəticələri təqdim olunacaq.
Baş katib qeyd edib ki, həmçinin cari il dəhlziin dəmir yolu marşrutlarının birində analoji işin təşkili planlaşdırılır.
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (Avropa İttifaqının TRACECA proqramı) Frankfurtu (Almaniya) Şanxayla (Çin) birləşdirir.
Proqramın iştirakçıları Azərbaycan, Ermənistan, Gürcüstan, Bolqarıstan, Rumıniya, Ukrayna, Moldova, Türkiyə, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan və Əfqanıstandır.
2022-ci ildə TRACECA-nın Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 51 milyon 420,6 min ton (artım 29,8%), tranzit yüklərin payı 13 milyon 634,6 min ton (artım 54,5%) təşkil edib.
Hesabat dövründə TRACECA-nın Azərbaycan hissəsində 111 milyon 835,6 min sərnişin (artım 47,5%) daşınıb. **
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət