Xarici işlər naziri Ceyhun Bayramov Ermənistanla sülh müqaviləsinin imzalanmasını qaçılmaz hesab edir.
“Mayda intensiv danışıqlar (sülh müqaviləsi ilə bağlı – İF) aparılıb. Əvvəlcə Vaşinqtonda (Azərbaycan və Ermənistan XİN başçıları səviyyəsində - İF), sonra isə Moskvada. Bundan başqa, iki ölkənin liderləri bir neçə dəfə görüşüb. Yaxın vaxtlarda Vaşinqtonda danışıqların daha bir raundu (XİN başçıları səviyyəsində - İF) keçiriləcək”, - deyə Bayramov bu gün jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Azərbaycan Ermənistanla beynəlxalq hüquqa uyğun 5 baza prinsipi əsasında sülh müqaviləsinin imzalanması təşəbbüsü ilə çıxış edib. “Sülhün əldə olunması qaçılmazdır, münasibətlərin normallaşdırılması haqqında saziş imzalanmalıdır”, - deyə XİN başçısı qeyd edib.
Bayramov deyib ki, tərəflər arasında sülh müqaviləsi ilə bağlı razılaşdırılmamış məqamlar qaldığı üçün danışıqlar davam etdiriləcək.
O, həmçinin hesab edir ki, bütövlükdə, regionda mühüm proseslər gedir.
Daha əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan iyunun 12-də Vaşinqtonda Bakı ilə İrəvan arasında sülh müqaviləsi üzrə danışıqların növbəti raundunun başlayacağını bildirmişdi.*
R.Əhmədov
Əliyev: 2023-cü ildə Azərbaycan Bolqarıstana 1 milyard kubmetrə yaxın qaz tədarük edəcək
Əliyev: Azərbaycan Avropaya qaz təchizatının coğrafiyasını genişləndirməyi planlaşdırır
Nazirlər Kabineti 2024-cü il üçün Novruz, Ramazan və Qurban bayramları günlərini müəyyən edib
Azərbaycanın qərbində avtomobil yolunun əsaslı təmiri üçün AAYDA-ya 2 milyon manat ayrılacaq
Xarici investor ilk dəfə Naxçıvanın səhiyyə sisteminə 5 milyon manat sərmayə qoyub
Naxçıvanda yeni fiber-optik magistral şəbəkənin yaradılmasına 1,5 milyon manat yönəldiləcək
Bir qrup İslam ölkəsi Qəzza ilə bağlı sülh planı hazırlayıb
Israildə Qəzza zolağında intensiv döyüşlərin daha bir neçə ay davam edəcəyini hesab edirlər
HƏMAS lideri Sinvar Qəzza zolağının şimalını humanitar konvoyda tərk edib
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
Bakcell dünyanın ən sürətlilərinin sürət tərəfdaşı oldu!
CityNet-in əsas tərəfdaşlığı ilə GameSummit festivalı keçiriləcək
Bank Respublika “İkiqat Dəstək” mikro kredit kampaniyasına start verir!
Gələn həftə Bakıda SPECA Sammiti keçiriləcək
Dayanıqlı İnkişafa dair II Bakı Forumu keçiriləcək
Dekabrda Bakıda ilk dəfə İstehsal Texnologiyaları Sərgisi keçiriləcək