2023-cü ilin yanvar-may aylarında Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə birja əqdlərinin ümumi dövriyyəsi 6 milyard 334 milyon 402,343 min manat təşkil edib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 14,6% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə BFB-dən məlumat verilib.
2 milyard 477 milyon 222,387 min manat (azalma 1,7 dəfə) dövlət qiymətli kağızları ilə əqdlərin payına düşüb. Maliyyə Nazirliyi tərəfindən buraxılan istiqrazların həcmi 1 milyard 57 milyon 588,208 min manat (artım 31,6%) olub. İlkin bazarda 801 milyon 583,083 min manatlıq, təkrar bazarda 256 milyon 5,125 min manatlıq istiqraz yerləşdirilib.
Hesabat dövründə AMB-nin qısamüddətli notlarının yerləşdirilmə həcmi 1 milyard 419 milyon 634,179 min manat (azalma 2,3 dəfə) təşkil edib. İlkin bazarda 1 milyard 110 milyon 242,983 min manatlıq, təkrar bazarda 309 milyon 391,196 min manatlıq not yerləşdirilib.
Yanvar-may aylarında BFB-nin ümumi dövriyyəsində 562 milyon 320,053 min manat (artım 27,5%) korporativ bazarın, o cümlədən 326 milyon 359,841 min manat ilkin bazarın (artım 24,2%), 235 milyon 960,212 min manat təkrar bazarın (artım 32,3%) payına düşüb.
İpoteka və Kredit Zəmanət Fondunun istiqrazlarının yerləşdirilmə həcmi 270 milyon 456,864 min manat, sair korporativ istiqrazların yerləşdirilmə həcmi 259 milyon 690,544 min manat, səhmlərin yerləşdirilmə həcmi 32 milyon 172,645 min manat təşkil edib.
Hesabat aylarında BFB-nin ümumi dövriyyəsində 3 milyard 294 milyon 859,903 min manat (artım 16%) repo əməliyyatlarının payına düşüb.
BFB-nin məlumatına görə, aprelin sonuna birjanın kapitallaşması 4 milyard 633 milyon 122,603 min manat təşkil edib ki, bu da 2023-cü ilin əvvəlinə olan göstəricidən 10,5% çoxdur.
Xəbər verildiyi kimi, 2022-ci ildə Bakı Fond Birjasında bütün alətlər üzrə birja əqdlərinin ümumi dövriyyəsi 14 milyard 947 milyon 984,521 min manat təşkil edib ki, bu da 2021-ci ilin göstəricisindən 2,3% azdır. 2021-ci ildə dövriyyə 18,6% artaraq rekord 15,3 milyard manata çatıb.*
X.Nəsirzadə
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət