2023-cü ilin yanva-mart aylarında fiziki şəxslər tərəfindən Azərbaycana pul köçürmələri $451,539 milyon təşkil edib ki, bu da 2022-ci ilin birinci rübünün göstəricisindən 88,1% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan məlumat verilib.
Hesabat dövründə köçürmələrin böyük hissəsi - $312,629 milyon (artım 3,1 dəfə) və ya fiziki şəxslərin bütün köçürmələrinin 69,2%-i (2022-ci ilin ynavra-mart aylarında xüsusi çəki 41,5% təşkil edib) Rusiyadan həyata keçirilib.
Fiziki şəxslər tərəfindən Azərbaycana pul köçürmələrinin həyata keçirildiyi ölkələrin beşliyinə Türkiyə ($32,635 milyon, artım 39,3%), ABŞ ($15,844 milyon, azalma 2,1 dəfə), BƏƏ ($7,661 milyon, artım 20,6%) və Böyük Britaniya ($9,194 milyon, artım 17,9%) daxildir.
AMB-nin məlumatına görə, 2023-cü ilin birinci rübündə Azərbaycandan xaricə pul köçürmələrinin həcmi 12,6% azalaraq $132,4 milyona çatıb.
Fiziki şəxslərin Azərbaycandan pul köçürmələri həyata keçirdiyi ölkələr arasında birinci yeri Türkiyə ($34,149 milyon, azalma 16,6%) tutur. İl ərzində Azərbaycandan bütün köçürmələrin 25,8%-i (2022-ci ilin yanvar-mart aylarında 27%-i) Türkiyənin payına düşüb.
Azərbaycanda fiziki şəxslərin pul köçürmələri həyata keçirdiyi ölkələrin ilk beşliyinə Gürcüstan ($12,773 milyon, azalma 18,5%), ABŞ ($12,711 milyon, azalma 14,8%), RF ($19,879 milyon, azаlmа 3,9%) və Böyük Britaniya ($6,033 milyon, azalma 2,1 dəfə) daxildir.
2022-ci ildə Azərbaycana pul köçürmələrinin həcmi $3 milyard 620,117 milyon (2021-ci illə müqayisədə artım 3,2 dəfə), Azərbaycandan köçürmələrin həcmi $664,798 milyon (artım 0,5%) təşkil edib.**
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət