“Abrau-Durso” Şirkətlər Qrupunun Azərbaycanda “Şəki Şərab” şərab zavoduna sərmayələrinin həcmi 6,6 milyon avro təşkil edib. Bu barədə “Abrau-Durso” ŞQ-nin sahibi və əsas səhmdarı Boris Titov bəyan edib.
"Deməliyəm ki, Azərbaycan Iqtisadiyyat Nazirliyi ilə müqaviləmizdə qeydə alınmış investisiyaların həcmi burada yatırdığımız qədər deyil. Əvvəlcə rəqəm 2-3 milyon avro təşkil edirdi. Lakin, nəticədə bu rəqəmi bir neçə dəfə artırdıq - 6,6 milyon avroyadək. Biz, müqaviləmizdə qeydə alınmış zavodda birbaşa investisiyalardan başqa, istehsalını öncədən planlaşdırmadığımız köpüklü şərablar üçün əlavə avadanlıq aldıq ", - Titov Azərbaycan jurnalistlərinə bildirib.
O, həmçinin qeyd edib ki, zavod məhsul ixracını, həmçinin Türkiyə və Çinə artırmağı panlaşdırır.
"Hazırda biz Rusiyaya ən çox məhsul ixrac edirik, amma biz digər ölkələrə ixrac etmək niyyətindəyik. Xüsusilə, Naxçıvan üzərindən Türkiyəyə sərhədlər açılandan sonra. Bundan başqa, biz Çin bazarına ümid edirik, Azərbaycan məhsullarının ilk konteynerini Çinə göndərməyi planlaşdırırıq (...) Biz marketoloji, distribyutor səylərimizi yatırırıq, həcmimizi artırmaq üçün tərəfdaşlar axtarırıq", - Titov bildirib.
Qrupun rəhbəri Azərbaycanda zavodda şərab istehsalının ildə 3,5 milyon şüşədən çox artım potensialını qeyd edib.
"Bu gün Azərbaycanda məhsuldarlığımız ildə 3,5 milyon şüşə təşkil edir, lakin əslində daha çox istehsal edə bilərik. Ötən ilin ortalarından bu günədək 1 milyondan çox şüşə istehsal etdik. Biz artıq Rusiyaya Azərbaycan şərabının ixracı üzrə birinci yerə çıxmışıq. Ümid edirik ki, istehsal həcmi yalnız artacaq", - Titov qeyd edib.
Həmçinin Qrupun rəhbəri deyib ki, gələcəkdə digər şərab zavodlarının alınmasını nəzərdən keçirir. "Biz baxırıq. Əlbəttə ki, sata biləcəyimiz məhsuldan asılıdır, birləşdirməli olduğumuz həcmlər - üzüm, şərab və bazar, bütün bunlar birlikdə işləməlidir, hər şey vahid sistemə bağlıdır, buna görə də inkişaf edirik. Hesab edirik ki, yaxın illərdə burada istehsal ediləcək həcmlər, o cümlədən digər istehsalçıların hesabına artırıla bilər. Biz artıq digər istehsalçılardan şərab alırıq, Azərbaycanda digər şərab istehsalçıları ilə işləyiri ", - Titov vurğulayıb.
Titov əlavə edib ki, zavod enoturizmin (şərab turizmi - İF) inkişafına yönəlib. Bu məqsədlə şərabın dequstasiyası və alışı məqsədilə bilavasitə zavodun nəzdində Şərab Muzeyi açılıb. "Bir daha qeyd etmək istəyirəm ki, biz muzey hazırlayarkən Azərbaycan daha da yaxınlaşıb, çünki biz həm Azərbaycanın ümumi tarixindən, həm də şərabçılıq tarixindən bu qədər maraqlı şey öyrəndik. (…) Biz Azərbaycanda şərabçılıq tarixini bərpa etmək, nümayiş etdirmək istədik, çünki az adam bilir ki, Azərbaycan Sovet Ittifaqının ən böyük şərabçılıq bölgəsi olub - 276 min hektar, bu da həmin dövrdə Moldovadan, Gürcüstandan, Rusiyadan, eləcə də İspaniyadan çox idi. Həmçinin, burada şərab turizminin inkişafına ümid edirik", - Titov vurğulayıb.
Şirkətdən qeyd olunub ki, “Abrau-Durso” ŞQ-nin Azərbaycanda əldə etdiyi üzümçülük üçün yararlı torpaqların böyük hissəsi Qarabağ iqtisadi zonasının Füzuli rayonunda (Qarabağ iqtisadi rayonu – İF-Az) yerləşir. Burada yerli “mədrəsə” və beynəlxalq “rkatsiteli” sortları əkilib. Hazırda mövcud olan üzüm bağlarının ümumi sahəsi 100 hektar təşkil edir, gələcəkdə əlavə olaraq 300 hektar sahədə də üzüm bağlarının salınması nəzərdə tutulur. Eləcə də Şəki rayonunda şərab zavodunun bilavasitə yaxınlığında yerləşən 30 hektarlıq ikinci sahədə Azərbaycanın “mədrəsə” və “bayanşirə” adlı məşhur üzüm sortlarının əkilməsi planlaşdırılır.
“Abrau-Durso” Şirkətlər Qrupunun törəmə müəssisəsi olan “AzAbrau” MMC 2021-ci ilin dekabr ayında “Şəki Şərab” MMC-nin dövlətə məxsus payının (86,64%) satışı üzrə investisiya müsabiqəsinin qalibi olub.
“Abrau-Durso” Rusiyanın köpüklənən və köpüklənməyən şərablarının aparıcı istehsalçısıdır. Şirkət həmçinin zərif şərablar, konyaklar istehsalı ilə məşğuldur, 2020-ci ilin payızında isə acı araq istehsalı ilə spirtli içkilər xəttini genişlənidirib. Qrup “Abrau-Dyurso”, “Loza”, “Vinodelnya Vedernikov” və s. çaxır zavodlarının kolleksiyalarını realizə edir. Məhsullar 20-dən çox ölkəyə ixrac olunur. **
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət