Milli Məclis cümə günü keçirilən plenar iclasda mövcud qanunvericiliyə yük və sərnişin daşımaları ilə məşğul olan fiziki və hüqiqui şəxslərin fəaliyyətinə tələblərin sərtləşdirilməsini nəzərdə tutan düzəlişləri birinci oxunuşda qəbul edib.
Düzəlişlərin tətbiq edilməsi təşəbbüsü ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi çıxış edib.
Nazirliyin qiymətləndirmələrinə görə, hazırda bu sahədə, xüsusilə şəhərlərarası və beynəlxalq sərnişin və yük daşımaları sahəsində tənzimlənmədə, avtovağzalların işində və taksi vasitəsilə sərnişindaşımaların təşkilində boşluqlar var.
Nazirliyin təkliflərinə əsasən, beynəlxalq sərnişin və yük daşımaları, daxili yük və sifarişli sərnişin daşınması, taksi vasitəsilə sərnişin daşınması, taksi sifariş operatorlarının fəaliyyəti müvafiq icazə əsasında həyata keçirilməlidir. Eyni zamanda, qeyd edilən sərnişin və yük daşımaları üçün istifadə ediləcək hər bir nəqliyyat vasitəsi üçün buraxılış kartı alınmalıdır.
Şəhərlərarası və beynəlxalq sərnişin və yük daşımaları üçün də analoji tələblər təklif olunur.
Azərbaycanda taksi fəaliyyətinə nəzarətin gücləndirilməsi məqsədilə təklif olunan düzəlişlər taksi xidmətlərinin göstərilməsi üçün istifadə olunan bütün avtomobillərdə taksometrlərin məcburi quraşdırılmasını, həmçinin nəqliyyat vasitəsinin hərəkət sürətinin qeydiyyata alınması üçün nəzarət qurğularının quraşdırılmasını nəzərdə tutur.
Öz növbəsində, Azərbaycanda icazəsiz taksi sifarişi operatoru kimi fəaliyyət göstərənlər 40 min manat cərimələnəcək.İcazə olmadan taksi sifarişi operatoru kimi fəaliyyət göstərilməsinə görə vəzifəli şəxslər 10 min manat, hüquqi şəxslər isə 40 min manat cərimə ediləcək.
Buraxılış vəsiqəsi olmadan daşıyıcı tərəfindən taksi minik avtomobilləri ilə sərnişin daşınmasının təşkilinə görə vəzifəli şəxslər 200 manat məbləğində, hüquqi şəxslər - 1 min manat məbləğində, fiziki şəxslər – 50 manat məbləğində cərimə ediləcək. Buraxılış vəsiqəsi olmadan daşıyıcı tərəfindən yük və qeyri-müntəzəm sərnişin daşınmasının təşkilinə görə vəzifəli şəxslər 300 manat məbləğində, hüquqi şəxslər - 1200 manat məbləğində, fiziki şəxslər – 50 manat məbləğində cərimə ediləcək.
Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrut üzrə sərnişin daşınması (sərnişin daşınmasının təşkili) haqqında müqavilə olmadan müntəzəm sərnişin daşımalarının təşkilinə görə vəzifəli şəxslər 300 manat məbləğində, hüquqi şəxslər – 1200 manat məbləğində cərimə edilir.
Taksi sifarişi operatorları tərəfindən “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, taksi sifarişi xidmətinin göstərilməsi zamanı istifadə olunan fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatından keçirilməməsinə və fərdi məlumatların mühafizəsi ilə bağlı tələblərə riayət olunmamasına görə vəzifəli şəxslər 5 min manat məbləğində, hüquqi şəxslər – 20 min manat məbləğində cərimə edilir.
Taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsi və avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, sürücülərin reysqabağı tibbi müayinəsinin təşkili imkanı barədə sənədləri və ya müvafiq xidmətlərdən istifadə olunmasına dair texniki məntəqə və ya tibb məntəqəsi ilə müqavilələri olmayan daşıyıcıya, habelə müvafiq buraxılış kartı və taksi minik avtomobillərinin sürücülərinin xüsusi hazırlıq keçməsini təsdiq edən sənədi olmayan sürücüyə taksi sifarişi xidmətinin göstərilməsinə görə vəzifəli şəxslər 200 manat məbləğində, hüquqi şəxslər - 300 manat məbləğində cərimə edilir.
Bu tələblər 1 yanvar 2024-cü ildən etibarən qüvvəyə minir.
Minik avtomobilindən istifadə ilə sərnişin daşınmasına icazə verilməsi üçün rüsum 125 manat, bir nəqliyyat vasitəsinə buraxılış xəritəsi üçün 25 manat məbləğində nəzərdə tutulub. Azərbaycan və xarici ölkələr arasında avtomobil nəqliyyatı ilə daşımaların həyata keçirilməsi üçün beynəlxalq yük və qeyri-müntəzəm sərnişin daşınması üçün operatorların buraxılış vəsiqələrinin verilməsi üçün rüsum 250 manat, hər nəqliyyat vasitəsi üçün buraxılış kartları üçün 75 manat təşkil edəcək.
Taksi sifarişi operatoru fəaliyyətinə icazənin verilməsi üçün rüsum 3 min manat olacaq.
Rüsum haqqları üzrə tələblər 1 oktyabr 2023-cü ildən etibarən qüvvəyə minir.
Bundan başqa, Azərbaycan Respublikası ilə xarici ölkələr arasında avtomobil nəqliyyatı ilə daşımaları yerinə yetirmək üçün operatorlara verilən beynəlxalq yük və qeyri-müntəzəm sərnişin daşımalarına buraxılış vəsiqəsi; ölkədaxili sifarişli daşımalara buraxılış vəsiqəsi; taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsi; taksi sifarişi operatoru fəaliyyətinə icazə tələbi 1 oktyabr 2023-cü ildən etibarən qüvvəyə minir. **
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət