Azərbaycan hökuməti 2023-cü il icmal büdcəsində 1 milyard 790,3 milyon manata yaxın səviyyədə profisit proqnozlaşdırır. Bu barədə Maliyyə Nazirliyindən məlumat verilir.
Nazirlikdən qeyd olunur ki, Milli Məclis cümə günü “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanuna icmal büdcəsinin parametrlərinə təsir edəcək dəyişiklikləri təsdiq edib.
Bun auyğun olaraq, 2023-cü il icmal büdcənin gəlirləri 43 milyard 60,1 milyon manat proqnozlaşdırılır və bu təsdiq olunmuş göstəriciyə nisbətən 10 milyard 34,4 milyon manat və ya 30,4% çoxdur.
İcmal büdcənin xərcləri isə 41 milyard 269,9 milyon manat proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 8,7% çoxdur.
“Nəticədə, icmal büdcə 4 milyard 943,6 milyon manat kəsirlə proqnozlaşdırılsa da, 1 milyard 790,3 milyon manat profisit yaranacaq”, - nazirlikdən qeyd olunur.
Xəbər verildiyi kimi, 2023-cü il dövlət büdcəsinə dəyişikliklərə əsasən, neftin bir barelinin baza qiyməti 50 ABŞ dollarından 60 ABŞ dollarına qədər artırılır (2023-cü ilin yanvar-aprel aylarında “Azeri Light” markalı neftin bir barelinin orta qiyməti $85,8 təşkil edib). Bu, dövlət büdcəsinə, o cümlədən ARDNF-nin büdcəsinə əlavə daxilolmaları təmin edəcək. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət