Azərbaycan prezidenti İlham Əliyev hesab edir ki, Qazaxıstanın baş naziri Alixan Smailovun Bakıya səfəri ölkələrimiz arasında münasibətlərin daha da inkişaf etdirilməsinə töhfə verəcək.
“Əməkdaşlığımızın gündəliyi kifayət qədər genişdir, ildən irə genişlənir. Mən şadam ki, prezidentlər səviyyəsində qəbul olunan razlaşmalar reallaşdırılır. Bu, ölkələrimiz arasında münasibətlərin çox yüksək səviyyədə olmasından xəbər verir”, - Əliyev bəyan edib.
“İnterfaks-Azərbaycan” Qazaxıstanın baş nazirinin saytına istinadən məlumat verir ki, Əliyev görüşdə vurğulayıb ki, «münasibətlərin gələcək inkişafı üçün böyük potensialımız var».
«Razılaşdığımız tədbirlərin icrası ticarət dövriyyəsinin artmasına töhfə verəcək və biznes üçün, enerji, nəqliyyat və digər sahələrdə daha da genişmiqyaslı layihələrin həyata keçirilməsi üçün əlavə imkanlar yaradacaq», - Əliyev hesab edir.
Qazaxıstanın baş naziri görüşdə Astana və Bakının qarşılıqlı ticarətin həcmini $1 milyarda çatdırmaq planlarını təsdiqləyib. «Ticarət dövriyyəsinin $1 milyarda çatdırılması ilə bağlı qarşımıza qoyulan vəzifəyə uyğun olaraq biz Azərbaycan hökuməti ilə birgə ticarət-iqtisadi münasibətlərin genişləndirilməsi üzərində çalışırıq», - Smailov vurğulayıb.
O qeyd edib ki, iki ölkənin əməkdaşlığı «etimad və qarşılıqlı anlaşmaya əsaslanan strateji tərəfdaşlıq və müttəfiqliyin bariz nümunəsidir».
Azərbaycan Cənubi Qafqazda Qazaxıstanın ən mühüm ticarət-iqtisadi tərəfdaşıdır. Verilən məlumata görə, 2022-ci ilin yekunlarına əsasən ikitərəfli ticarət 40% artaraq 460 milyon dolları keçib, bu ilin dörd ayında qarşılıqlı ticarət eyni zamanda 40% artaraq 185 milyon dollar təşkil edib. **
R.Kərimov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət