Azərbaycan prezidenti İlham Əliyev “Qara Dəniz Ticarət və İnkişaf Bankının kapitalınınartımı ilə bağlı paylara abunəlik üçün Öhdəlik Məktubu”nu təsdiq edib.
Sənəd 2022-ci il 22 aprel tarixində imzalanıb.
Maliyyə Nazirliyindən öncə xəbər verilib ki, bankın səhmdarlarının qərarına əsasən, Azərbaycana 41,032 milyon avro təşkil edən 36,68 min ədəd səhm təklif edilib ki, bunun da 12,31 milyon avro məbləğində olan hissəsi 8 il ərzində bərabər hissələrlə banka ödənilməlidir. “Abunəliklə bağlı ilk ödəniş 2023-cü ilin sonunadək həyata keçiriləcək.
QDTİB-nin Rəhbərlər Şurasının 2021-ci ilin oktyabrında keçirilən 14-cü Xüsusi Toplantısında bankın abunə (subscribed) kapitalının cari 2,29 milyard avrodan 3,1 milyard avroya qədər artırılmasına dair qərar qəbul edilib. Beləliklə, bankın abunə kapitalı 35,4% artacaq. Abunə prosesi 2022-ci ilin payızında sona çatıb. Bankın səhmdarları 2023-2030-cu illərdə abunə kapitalının artımını 8 tranş ilə ödəmək imkanına malik olacaqlar.
QDTİB yeni abunə nəticəsində 244,96 milyon avro məbləğində əlavə kapital əldə edəcək, onun ödənilmiş kapitalı (paid-in) isə 931,51 milyon avroya çatacaq (bankın nizamnamə kapitalı 3,45 milyard avrodur).
Abunə kapitalının indiki artımı bankın 2021-2030-cu illər üçün strategiyasının bir hissəsidir və üzv ölkələrin iqtisadi inkişafına və regional əməkdaşlığına, QDTİB-nin böhran vəziyyətlərinə reaksiya qabiliyyətinin möhkəmləndirilməsinə yardım məqsədi daşıyır.
Son dəfə QDTİB kapitalı 2018-ci ildə artırıb.
Qara Dəniz Ticarət və İnkişaf Bankı 1997-ci ilin yanvar ayında Qara dəniz hövzəsi ölkələrinin iqtisadiyyatının inkişafına dəstək göstərilməsi və regional əməkdaşlığın möhkəmləndirilməsi məqsədilə yaradılıb. Onun təsisçiləri və səhmdarları 11 ölkənin – Rusiya, Yunanıstan, Türkiyə, Bolqarıstan, Ukrayna, Rumıniya, Albaniya, Azərbaycan, Gürcüstan, Moldova və Ermənistan hökumətləridir. Bankın kapitalında Azərbaycanın payı 5%-dir.
QDTİB əməkdaşlıq dövrü ərzində Azərbaycanın özəl sektorunda layihələrin maliyyələşdirilməsinə 520 milyon avrodan çox vəsait ayırıb. **
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət