Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2023-cü il büdcəsi haqqında” fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Dövlət başçısının saytında dərc olunan sənədə əsasən, ARDNF-nin 2023-cü il üçün gəlirləri 8 milyard 990 milyon 947,2 min manatdan 16 milyard 337,5 mln manatadək (artım 81,7%), xərcləri 11 milyard 392 milyon 336,5 min manatdan 11 milyard 850 mln 36,5 min manatadək (artım 4%) artırılıb. Beləliklə, ARDNF-nin büdcəsinin profisiti 4milyard 487 milyon 463,5 min manat səviyyəsində proqnozlaşdırılır.
ARDNF-in 2023-cü il büdcəsinin gəlirləri neftin bir barelinin orta qiyməti $60 (əvvəlki proqnoz $50) götürülməklə hesablanıb.
2023-cü ildə ARDNF-nin mənfəət nefti və qaz satışından daxilolmaları bütün gəlirlərin 72%-ni və ya 11 milyard 765 milyon 793,3 min manat (ilkin proqnozdan 79% çox) təşkil edəcək.
Neft-qaz şirkətlərinin ödəyəcəkləri bonuslar 800 milyon 756,7 min manat (proqnoz dəyişməyib - İF), ARDNF-nin valyuta aktivlərinin idarəçiliyindən gəlirəri – 3 milyard 752 milyon 26,1 min manat (ilkin proqnozdan 2,4 dəfə çox) həcmində proqnozlaşdırılır.
Bundan başqa, tranzit gəlirləri 15 milyon 323,3 min manat (ilkin proqnozdan 35% az), akrhesabı ödənişləri 3 milyon 600,6 min manat həcmində (azalma 15%) proqnozlaşdırılır.
Fondun gəlirləri strukturunda Azərbaycan dövlət büdcəsinə transfertlər bütün xərclərin 99,1%-ni və ya 11 milyard 737,7 milyon manat (ilkin proqnozdan 4,1% çox) təşkil edəcək.
ARDNF-nin xərclərinin digər maddələri üzrə dəyişiklikər yoxdur. Xüsusilə, 2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramının icrası 37 milyon 101,5 min manat, “2022-2026-cı illər üçün Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında” Dövlət Proqramının maliyyələşdirilməsi xərcləri 36 milyon 720 min manat məbləğində nəzərdə tutulub.
Əliyev digər sərəncamla Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2022-ci il büdcəsinin icrasını: gəlirlər - 16 milyard 866 milyon 540,3 min manat, xərclər - 7 milyard 988 milyon 335,2 min manat səviyyəsində təsdiq edib.
1999-cu ildə yaradılmış ARDNF-də neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.**
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət