Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov Türkiyəyə səfər çərçivəsində bu ölkənin kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı ilə görüşüb. Bu barədə “İnterfaks-Azərbaycan” Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinə istinadən məlumat verir.
Görüş zamanı Yumaklı Türkiyənin kənd təsərrüfatı infrastrukturu və ərazilərin qiymətləndirilməsi istiqamətində böyük təcrübəyə malik olduğunu, bu istiqamətdə təcrübəsini bölüşməyə hazır olduğunu bildirib.
Həmçinin, Azərbaycanla Türkiyə arasında ikitərəfli münasibətlərin hüquqi-normativ bazasının daha da təkmilləşdirilməsi, iki ölkə arasında ticarət dövriyyəsində kənd təsərrüfatı məhsullarının xüsusi payının artırılması, aqrar sığorta, elmi tədqiqat və təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi istiqamətində müzakirələr aparılıb.
Nazirlər bu istiqamətlər mövcud potensialdan maksimum istifadə etmək üçün birgə fəaliyyəti genişləndirmək barədə razılığa gəliblər.
Danışıqların sonunda Məmmədov və Yumaklı “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşə Nazirliyi arasında kənd təsərrüfatı infrastrukturu və ərazilərin qiymətləndirilməsi məsələləri üzrə əməkdaşlıq haqqında” Niyyət Bəyannaməsi imzalayıblar.
“Bəyannamədə Türkiyədə həyata keçirilən kənd təsərrüfatı infrastrukturu və ərazilərin qiymətləndirilməsi fəaliyyətlərinin Azərbaycan Respublikasında tətbiqi imkanlarının araşdırılması və təcrübə mübadiləsi aparmaq niyyəti öz əksini tapıb. Bu sahədə fəaliyyətlərin səmərəli şəkildə həyata keçirilməsini təmin etmək məqsədilə birgə işçi qrupunun yaradılması nəzərdə tutulur”, - məlumatda qeyd olunur. **
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət