2022-ci ildə “Cənub Qaz Dəhlizi” (CQD) QSC-nin xalis mənfəəti $1 milyard 608,399 milyon təşkil edib ki, bu da 2021-ci ilin göstəricisindən 2 dəfə çoxdur.
“İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, bu barədə QSC-nin 2022-ci il üzrə auditi aparılmış maliyyə hesabatında bildirilir.
2022-ci ildə CQD-nin gəlirləri $2 milyard 649,957 milyon (artım 50,3%), satışların maya dəyəri $344,916 milyon (artım 4,9%) təşkil edib.
2022-ci ilin yekunları üzrə “Cənub Qaz Dəhlizi” QSC-nin əməliyyat mənfəəti $1 milyard 979,447 milyon (artım 75,1%), maliyyə xərcləri $551,514 milyon (artım 32,1%), vergi ödənilənədək mənfəəti $1 milyard 577,816 milyon (artım 1,9 dəfə) təşkil edib.
2022-ci ilin sonuna QSC-nin aktivləri $13 milyard 783,856 milyon (artım 8,8%), o cümlədən qısamüddətli aktivləri $1 milyard 797,529 milyon (artım 2,2 dəfə), uzunmüddətli aktivləri $11 milyard 986,327 milyon məbləğində (artım 1,1%) qiymətləndirilir.
2023-cü ilin əvvəlinə CQD-nin öhdəlikləri $8 milyard 80,539 milyon (azalma 6,6%), o cümlədən qısamüddətli öhdəlikləri $903,437 milyon (artım 5,2%), uzunmüddətli öhdəlikləri $7 milyard 177,102 milyon (azalma 7,9%) təşkil edib.
2022-ci ilin sonuna “Cənub Qaz Dəhlizi”nin kapitalı $5 milyard 703,317 milyona (artım 41,7%), o cümlədən səhmdar kapitalı $2 milyard 415,8 milyona (dəyişməyib) bərabərdir.
“Cənub Qaz Dəhlizi” QSC Cənub Qaz Dəhlizi layihəsinin komponentlərinin səmərəli idarə olunması məqsədilə yaradılıb. Cəmiyyətin kapitalında SOCAR 49%, dövlət 51% pay sahibidir.
CQD layihəsinin əsas komponentləri bunlardır: “Şahdəniz” layihəsi üzrə “Mərhələ-2”, Bakı-Gürcüstan-Türkiyə sərhədi Cənubi Qafqaz boru kəməri magistralının genişləndirilməsi, Türkiyənin şərq sərhədindən qərb sərhədinə qədər Trans-Anadolu qaz kəmərinin (TANAP) və Yunanıstan, Albaniya və Adriatik dənizini birləşdirən Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisi.
Layihənin ümumi dəyəri $38 milyard təşkil edir.
Azərbaycan qazının Avropaya ixracına 2020-ci il dekabrın 31-də başlanılıb. 2021-ci ildə Avropaya ixrac 8,1 milyard kubmetr, 2022-ci ildə 11,4 milyard kubmetr təşkil edib, 2023-cü ildə isə təxminən 12 milyard kubmetr həcmində nəzərdə tutulur.
Hazırda Aİ-də Azərbaycan qazının alıcıları İtaliya, Yunanıstan, Bolqarıstan və Rumıniyadır. 2023-cü ilin IV rübündə isə Macarıstana qaz ixracına başlanılacaq.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət