2022-ci ildə Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı 452,2 milyon ABŞ dolları və yaxud 768,7 milyon manat bonus ödənişləri daxil olub.
“İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, bu barədə ARDNF-in 2022-ci il üzrə hesabatında deyilir.
Hesabata əsasən, 2022-ci ildə “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun (AÇG) işlənməsi layihəsinin səhmdarları tərəfindən $449,99 milyon məbləğində (764,98 milyon manat) bonus ödənişi həyata keçirilib.
bp $182,25 milyon (309,82 milyon manat), “MOL Azerbaijan Ltd.” $57,41 milyon (97,6 milyon manat), “Inpex Southwest Caspian Sea Ltd.” $55,84 milyon (94,93 milyon manat), “Equinor” $43,61 milyon (74,14 milyon manat), “Exxon Azerbaijan Limited” $40,75 milyon (69,27 milyon manat), TPAO $34,38 milyon (58,44 milyon manat), “Itochu Oil Exploration (Azerbaijan) Inc.” $21,89 milyon (37,22 milyon manat), “ONGC Videsh Limited” isə $13,86 milyon (23,56 milyon manat) bonus ödəyib.
2022-ci ildə “Şahdəniz” layihəsinin səhmdarları tərəfindən ARDNF-ə bonus ödənişləri $0,17 milyon (0,31 milyon manat) təşkil edib.
Neftçala, Xıllı, Dürovdağ-Babazanan neft yataqlarının və Muğan monoklinalının cənub-qərb qanadının işlənməsini həyata keçirən “Neftchala Operating Company Ltd” ARDNF-ə $2 milyon (3,4 milyon manat) məbləğində bonus ödəyib.
ARDNF Azərbaycan Prezidentinin 29 dekabr 1999-cu il tarixli fərmanı ilə yaradılıb və dövlət başçısına hesabat verən büdcədənkənar dövlət təsisatıdır. Fondda neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən daxil olan gəlirlər toplanır.
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib.
Müqavilənin müddəti 2024-cü ildə başa çatmalı olsa da, 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun işlənməsi haqqında 2050-ci ilədək olan dövrü əhatə edən yeni müqavilə imzalanıb.
Yeni müqavilə üzrə BP (Britaniya - layihənin operatoru) 30,37%, SOCAR 25%, MOL (Macarıstan) 9,57%, “ExxonMobil” (Amerika) 6,79%, ONGC (Hindistan) 2,31%, “Inpex Corp.” (Yaponiya) 9,31%, “ITOCHU Oil” (Yaponiya) 3,65%, “Equinor” (Norveç) 7,27%, TPAO (Türkiyə) 5,73% pay sahibidir.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 29,99%), LUKOIL (19,99%), TPAO (19%), NICO (10%) və “Cənub Qaz Dəhlizi” QSC-dir (21,02%).
“Neftchala Operating Company Ltd” Virciniya adalarında qeydiyyata alınmış “Neftchala Investment Limited” (NIL) tərəfindən təsis edilib.
SOCAR və "Neftchala Investment Limited” şirkəti arasında “Neftçala, Xıllı, Dürovdağ-Babazanan neft yataqlarının və Muğan monoklinalının cənub-qərb qanadının daxil olduğu blokun bərpası, işlənilməsi və hasilatın pay bölgüsü haqqında” saziş 2009-cu il fevralın 3-də imzalanıb. Bu sazişdə SOCAR-a 20%, NIL-ə 80% (layihənin operatoru) məxsusdur. Müqavilə sonradan 5 il uzadılmaq imkanı ilə 25 il müddətinə imzalanıb.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət