2022-ci ildə Azərbaycan Mərkəzi Bankının (AMB) aktivləri 16,9% - 30 milyard 861,987 milyon manata qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
AMB-nin 2022-ci il üzrə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun hazırlanmış maliyyə hesabatına əsasən, 2022-ci il dekabrın 31-nə bankın aktivlərinin strukturunda nağd vəsaitlərin həcmi 6 milyard 583,022 milyon manat (azalma 3,7%) təşkil edib.
Borc qiymətli kağızları 22 milyard 19,99 milyon manat məbləğində (artım 26,8%) qiymətləndirilir.
2023-cü il yanvarın 1-nə AMB tərəfindən rezident banklara verilmiş kreditlər 288,889 milyon manat məbləğində (azalma 18,9%) qiymətləndirilir.
2022-ci ilin sonuna AMB-nin öhdəlikləri 29 milyard 881,196 milyon manat (artım 18,4%) təşkil edir.
2022-ci ildə AMB-nin öhdəliklərinin strukturunda dövriyyədə olan kağız və metal pulların həcmi 19,5% - 14 milyard 714,36 milyon manata qədər artıb.
Bununla yanaşı, AMB-nin dövlət qurumları qarşısında öhdəlikləri 4 milyard 280,227 milyon manat (artım 6,9%), kredit təşkilatları qarşısında öhdəlikləri 6 milyard 169,718 milyon manat (azalma 17,1%) təşkil edir.
2022-ci ildə Mərkəzi Bankın nizamnamə kapitalı 500 milyon manat (dəyişməyib) təşkil edir. Cari ilin əvvəlinə AMB-nin kapitalı 980,791 milyon manata (azalma 16,2%) bərabərdir.
2022-ci ilin yekunları üzrə AMB-nin xalis zərəri 195,246 milyon manat (azalma 3,2%) təşkil edib.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət