Macarıstan Azərbaycanla qaz tədarükünə dair bütün zəruri razılaşmaları imzalayıb, həmçinin tərəflər qaz saxlanmasına dair müqavilə imzalayacaqlar. Bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto bəyan edib.
"Biz Aİ-ni gözləmirik: biz bu il Macarıstana qaz tədarükünə başlayacaq azərbaycanlı dostlarımızla ilk mərhələdə ilin sonuna qədər 100 milyon kubmetr həcmində qaz tədarükünə dair bütün lazımi müqavilələr bağlamışıq. Biz hətta 50 milyon kubmetr qazın saxlanması üçün müqavilə imzalamağa yaxınıq", - Siyarto Facebook hesabında yazıb.
Bazar ertəsi Siyarto Bakıda Azərbaycanın enerji naziri Pärviz Şahbazovla danışıqlar aparıb.
Onun sözlərinə görə, Avropa ciddi enerji təchizatı böhranı ilə üzləşməkdə davam edir. "Brüsseldə bir sıra səhv qərarlar səbəbindən qiymətlər həddən artıq yüksəldi və bir çox hallarda tədarükün təhlükəsizliyi təhdid altına düşdü. Ölkəmizin enerji təchizatının təhlükəsizliyinə zəmanət vermək üçün mümkün qədər çox sayda mənbədən təbii qaz almaq üçün əlimizdən gələni edəcəyik", - xarici işlər naziri vurğulayıb.
Siyarto qeyd edib ki, «Azərbaycan ən real şaxələndirmə mənbələrindən biridir».
XİN başçısı əlavə edib ki, Cənub-Şərqi Avropanın qaz kəməri sistemi hələlik iri həcmdə tədarükün həyata keçirilməsinə imkan vermir. «Biz Aİ-dən şəbəkənin genişləndirilməsinə kömək etməyi əbəs yerə xahiş etdik, (...) onlar daim yeni mənbələrdən qaz almağımızı tələb edirlər», - Siyarto yazıb. **
R.Kərimov, A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət