Macarıstanın “Hell Energy” şirkəti 2025-ci ildə Azərbaycanda alüminium içki qutularının istehsalı və doldurulması zavodunu istifadəyə verməyi planlaşdırır.
“2025-ci ildə açılacaq zavodda (Azərbaycanda - İF) illik 700-800 milyon ədəd alüminium içki qutuları istehsal edəcək (və onların doldurulması)”, - “İnterfaks-Azərbaycan” agentliyi “Daily News Hungary” nəşrinə istinadən məlumat verir.
Nəşr Macarıstan hökumətinin məlumatlarına istinadən qeyd edir ki, zavodda istehsal olunan alüminium bankların təxminən yarısı yerli və regional içkilər üçün nəzərdə tutulacaq.
Bundan əlavə, Macarıstanda və bir sıra digər ölkələrdə bazarda lider olan “Hell Energy” şirkəti zavoddan öz yerli və regional bazarlarına xidmət göstərmək üçün istifadə edəcək.
Xəbər verildiyi kimi, iyulun 10-da “Azərbaycan İnvestisiya Şirkəti” ASC (AİŞ) ilə Macarıstanın “Hell Energy” şirkəti arasında birgə iştirak müqaviləsi imzalanıb.
Dəyəri $211 milyon həcmində qiymətləndirilən layihə Azərbaycanda alüminium içki qutularının istehsalı və doldurulması üzrə zavodun inşasını nəzərdə tutur. Ələt Azad İqtisadi Zonasında (Bakının Qaradağ rayonu) inşası nəzərdə tutulan zavodda ilk mərhələdə illik 415 milyon ədəd alüminium içki qutularının istehsalı və doldurulması nəzərdə tutulub. Növbəti mərhələdə istehsal həcmi illik 700 milyon içki qutusuna qədər çatdırılacaq.
Layihənin icrası 300-dən çox iş yeri yaratmağa imkan verəcək. **
R.Kərimov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət