2022-ci ildə “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin mənfəəti 4,332 milyon manat təşkil edib, bu da2021-ci ilin göstəricisi ilə müqyisədə 47,9% azdır.
“İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, bu göstəricilər MMC-nin 2022-ci il üzrə maliyyə vəziyyətinə dair birləşdirilmiş hesabatında öz əksini tapıb.
Hesabata əsasən, ötən il "Azərbaycan İES" MMC tərəfindən elektrik enerjisinin satış həcmi 252,098 milyon manat (azalma 11,5%) təşkil edib.
Hesabat dövründə stansiyanın xərclərinin strukturunda yanacaq xərcləri 171,074 milyon manat (azalma 13,5%) təşkil edib.
Müəssisənin əməliyyat mənfəəti 8,686 milyon manat təşkil edib ki, bu da 2021-ci illə müqayisədə 49,2% azdır.
Ötən ilin yekunları üzrə cəmiyyətin vergi ödənilənədək mənfəəti 8,687 milyon manat (azalma 49,2%), mənfəət vergisi üzrə ödənişlər 4,355 milyon manat (azalma 50,3%) təşkil edib.
2022-ci ildə "Azərbaycan İES" MMC-nin aktivləri 4,7% - 625,465 milyon manata qədər artıb, uzunmüddətli aktivləri 4% - 477,882 milyon manata qədər, qısamüddətli aktivləri 48,1% – 147,583 milyon manata qədər azalıb.
Hesabat ilində cəmiyyətin kapitalı 0,8% - 477,609 milyon manata qədər artıb, nizamnamə kapitalı 5,108 milyon manata (dəyişməyib), ümumi bölüşdürülməmiş mənfəəti 88,946 milyon manata (artım 5,1%) bərabərdir.
2022-ci ildə cəmiyyətin öhdəlikləri 20% - 147,856 milyon manata qədər artıb.
“Azərbaycan” İES hər birinin gücü 300 MVt olan 8 blokdan ibarətdir. Azərbaycanda istehsal edilən elektrik enerjisinin 45%-ə qədəri bu stansiyanın payına düşür. Burada yanacaq kimi təbii qaz və mazutdan istifadə edilir. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət