“VMF” şirkəti 2023-cü ilin sonunadək 2 milyon manat məbləğində istiqraz yerləşdirməyi planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətin təsisçisi Vahid Mustafayev məlumat verib.
19 iyul 2023-cü il tarixində Bakı Fond Birjasında “VMF” MMC-nin ümumi dəyəri 1 milyon manat olan istiqrazlarının debüt yerləşdirilməsi həyata keçiriləcək. İstiqrazların sayı 10 min ədəd, hər birinin nominal dəyəri 100 manat, tədavül müddəti 18 ay, illik faiz dərəcəsi 13%, ödəmə dövrü 90 gündən birdir.
“Şirkətimiz 3 aydan sonra 2 milyon manatlıq istiqraz buraxmağı planlaşdırır”, - deyə Mustafayev bildirib. O qeyd edib ki, cəlb olunmuş vəsait “VMF” saatlarının istehsalı fabrikinin inkişaf etdirilməsinə yönəldiləcək.
Mustafayevin sözlərinə görə, “VMF” fəaliyyətini genişləndirməyi planlaşdırır: hazırda Azərbaycanda şirkətin 20 satış nöqtəsi mövcuddur və 2024-cü ildə onların sayının 30-a çatdırılması planlaşdırılır.
“VMF” şirkəti 1998-ci ildə yaradılıb. Şirkət saat və aksessuarlar bazarında fəaliyyət göstərir. Şirkətin nizamnamə kapitalı 20,22 min manat, yeganə təsisçisi Vahid Mustafayevdir.
2022-ci ilin sonuna “VMF” şirkətinin aktivləri 5,9 milyon manat, öhdəlikləri 2,3 milyon manat, kapitalı 3,6 milyon manat məbləğində qiymətləndirilir. Ötən il şirkətin xalis mənfəəti təxminən 426 min manat təşkil edib.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət