Türkmənistan Transxəzər qaz kəmərinin tikintisinin həyata keçirilməsinə mane olan hər hansı siyasi, iqtisadi və maliyyə amilinin olmadığına əmindir. Bu barədə Türkmənistan Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
“Son zamanlar bir sıra beynəlxalq KİV-lərdə Türkmənistan təbii qazının Qərb istiqamətində nəqli layihəsinin həyata keçirilməsi mümkünlüyü ilə bağlı şərhlər yer almağa başlayıb. Söhbət Türkmənistan qazının Avropa bazarlarına nəqli məqsədilə Xəzər dənizinin dibi ilə qaz kəmərinin (Transxəzər boru kəməri) tikintisindən gedir”, - deyə bu gün XİN-in saytında dərc olunmuş məlumatda bildirilir.
Türkmənistan Transxəzər qaz kəmərinin tikintisinin həyata keçirilməsinə mane olan hər hansı siyasi, iqtisadi, maliyyə amilinin olmadığına əmindir.
XİN əmindir ki, “əksinə, Transxəzər boru kəməri iqtisadi nöqteyi-nəzərdən əsaslandırılmış, Avrasiyanın enerji təhlükəsizliyinin təmin edilməsinə ciddi töhfə verməyə, tranzit tərəfinin açıq-aşkar faydalarını və maraqlarını da nəzərə almaqla Avropa istehlakçılarının xammal mənbələrinə uzunmüddətli və fasiləsiz çıxışını təmin etməyə qadir tamamilə real layihədir”.
“Buna əsaslanaraq, Türkmənistan enerji axınlarının şaxələndirilməsi strategiyasına sadiq qalaraq, Transxəzər boru kəməri layihəsinin həyata keçirilməsində tərəfdaşlarla əməkdaşlığı davam etdirməyə hazır olduğunu bildirir”, - deyə XİN-dən qeyd olunub.
XİN qeyd edir ki, “Türkmənistanın təşəbbüsü ilə irəli sürülmüş Transxəzər qaz kəmərinin tikintisi ideyası ölkəmiz tərəfindən ilkin olaraq təkcə iqtisadi və kommersiya baxımından əsaslandırılmış layihə kimi deyil, həm də istehsalçıların, istehlakçıların və tranzit ölkələrin maraqlarının və faydalarının bərabər nəzərə alınması əsasında qlobal enerji təhlükəsizliyinin və dayanıqlığının əsas şərti kimi enerji axınlarının şaxələndirilməsinin ən vacib hissəsi kimi qiymətləndirilib. Layihənin bütün potensial iştirakçıları da bununla razılaşır”.
Türkmənistan Transxəzər boru kəmərinin tikintisi ideyasını həyata keçirməyə imkan verəcək lazımi siyasi, maliyyə, təşkilati şəraitin yaradılmasına səy göstərib. Bu məqsədlə Türkmənistan, Azərbaycan Respublikası və Avropa İttifaqının müvafiq enerji idarələrinin rəhbərlərindən ibarət üçtərəfli tərəfdaşlıq mexanizmləri formalaşdırılıb.
Avropa İttifaqı Transxəzər qaz kəmərini perspektiv layihələr siyahısına daxil edib.
“Ümumiyyətlə, Transxəzər boru kəmərinin tikintisi üzrə əməkdaşlıq siyasi və funksional beynəlxalq dəstək alaraq ardıcıl və praktik şəkildə inkişaf edib. Xəzərdə siyasətin əsas prinsiplərini tənzimləyən fundamental sənəd - Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya 2018-ci ildə beş sahilyanı dövlət tərəfindən qəbul edildikdən sonra da layihənin beynəlxalq hüquqi qüvvəsi şübhə doğurmur. Bu sənədin 14-cü maddəsində deyilir ki, tərəflər Xəzər dənizinin dibi ilə sualtı kabellər və boru kəmərləri çəkə bilər. Sualtı kabellərin və boru kəmərlərinin çəkilməsi üçün yolun müəyyən edilməsi, sualtı kabelin və ya boru kəmərinin keçəcəyi dibin sektorunun məxsus olduğu Tərəflə razılaşdırmaqla həyata keçirilir”, - deyə məlumatda vurğulanır.
“Beləliklə, bu gün Transxəzər boru kəmərinin tikintisi birbaşa Türkmənistan və Azərbaycan Respublikası arasında dəniz dibinin delimitasiyası ilə bağlıdır”, - deyə məlumatda bildirilir.
Ötən həftə Prezident İlham Əliyev bildirmişdi ki, Transxəzər boru kəmərinin inşası layihəsinin maliyyələşdirilməsi ilə bağlı suala cavab tapılana qədər layihənin icrasını o qədər də real hesab etmir. Onun sözlərinə görə, Transxəzər qaz boru kəməri layihəsi Azərbaycanın layihəsi deyil. Bu layihədə Azərbaycan yalnız tranzit ölkədir.*
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət