Azərbaycan 2023-cü ilin birinci yarısının yekunları üzrə İtaliyaya neftin ən iri tədarükçüsü olub.
İtaliyanın Ətraf Mühit və Enerji Təhlükəsizliyi Nazirliyindən “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, Azərbaycan yanvar-iyun aylarında İtaliyaya 5,146 milyon ton neft tədarük edib, bu da ötən ilin analoji dövrünün göstəricisindən 4,9% çoxdur.
Birinci yarımillikdə İtaliyaya ümumi neft idxalı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 5,6% azalaraq 28,286 milyon ton təşkil edib.
Hesabat dövründə İtaliyaya neft tədarükçülərinin beşliyinə Azərbaycan (5,164 milyon ton: “Azeri Light” – 3,703 milyon ton, “Azeri Blend” – 1,461min ton), Qazaxıstan (3,274 min ton), İraq (837 min ton), Liviya (4,541 min ton) və ABŞ (2,790 min ton) daxil olub.
Hesabat dövründə Rusiya İtaliyaya neft tədarükü həyata keçirməyib.
İyunda Azərbaycan İtaliyaya neft idxal edən ölkələr siyahısında birinci yeri özünə qaytarıb.
İyunda İtaliyaya əsas neft tədarükçülərinin beşliyinə Azərbaycan (893 min ton: Azeri Light - 448 min ton, Azeri Blend - 445 min ton), Liviya (679 min ton), ABŞ (422 min ton), Qazaxıstan (359 min ton) və İraq (317 min ton) daxildir.
2023-cü ilin iyun ayında Azərbaycandan İtaliyaya neft tədatrükü illik hesablamada 50,1% atıb.
İyunda İtaliyaya ümumi neft idxalı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 36,1% azalaraq 3,572 milyon ton təşkil edib.
Yanvar-iyun aylarında “Azeri Light” markalı neftin bir bareli $85,65-ə (ildən ilə azalma 22%), “Azeri Blend”in bir bareli $84,38-ə (ildən ilə azalma 27,1%), Qazaxıstanın “CPC Blend” və “KEBCO” neftinin bir bareli müvafiq olaraq $81,02-ə və $80,88-ya alınıb.
Birinci yarımillikdə İtaliya üçün bir barel neftin orta idxal qiyməti $82,10 (ildən ilə azalma 22%) təşkil edib. Ən bahalı neft növü “Bu Attifel” ($101,23), ən ucuz neft növü isə “WTI Light” nefti ($55,4) olub.
İyunda Azeri Light $80,02 (ildn ilə azalma 36,6%), Azeri Blend – $78,69 (ildən ilə azalma 41,1%), Qazaxıstanın “CPC Blend” və “KEBCO” neftinin bir bareli müvafiq olaraq $72,80 və $76,18 alınıb.
İyun ayında İtaliya üçün bir barel idxalın orta qiyməti $78,46 (ildən ilə azalma 32,2%) təşkil edib. Ən bahalı neft növü “Dalia” ($105,57), ən ucuz isə “Kirkuk” növü olub ($65,27). **
R.Kərimov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar”ın dəstəyi ilə hazırlanan jestdili.az saytının istifadəçilərinin sayı ikiqat artdı
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət