2023-cü ilin iyul ayında Azərbaycanda deflyasiya 0,7% (iyunda 0,9%) təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“İyul ayında deflyasiya 0,7% təşkil edib. Ərzaq məhsulları və içkilərin qiymətləri 1,5% ucuzlaşıb, qeyri-ərzaq mallarının qiymətləri dəyişməyib, əhaliyə göstərilən ödənişli xidmətlər isə 0,1% bahalaşıb”, - deyə məlumatda bildirilir.
2022-ci ilin iyul ayı ilə müqayisədə 2023-cü ilin iyul ayında inflyasiya 9,4% təşkil edib. 2023-cü ilin iyul ayında ərzaq məhsulları ötən ilin eyni dövrü ilə müqayisədə 9,7%, qeyri-ərzaq malları 8,8%, xidmətlər 9,6% bahalaşıb.
İyulda ət və ət məhsulları 0,2% bahalaşıb.
Tütün məmulatlarının qiymətləri dəyişməyib.
İyul ayında çörək, çörək məmulatları və yarmalar 1,1%, balıq və balıq məhsulları 0,6%, süd və süd məhsulları 0,4%, yumurta 1,7%, kərə və bitki yağları 1,1%, meyvələr 2,8%, tərəvəzlər 6,6%, qənd, cem, bal, şokolad və konfetlər 0,5%, mineral sular, sərinləşdirici içkilər və şirələr 0,4%, çay, qəhvə, kakao 0,4%, spirtli içkilər 0,4% ucuzlaşıb.
2023-cü il iyul ayının sonuna Azərbaycanda orta illik inflyasiya 12,2% (iyun ayının sonuna 12,7%) təşkil edib. İstehlak qiymətləri indeksi ərzaq məhsulları üzrə 14,3%, qeyri-ərzaq məhsulları üzrə 11%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 10,4% olub.
İqtisadiyyat Nazirliyinin proqnozlarına görə, 2023-cü ildə Azərbaycanda orta illik inflyasiya 10,4% təşkil edəcək.
2022-ci ildə Azərbaycanda orta illik inflyasiya 13,9% təşkil edib.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət