2022-ci ildə Azərbaycanda rabitə və informasiya sahəsində fəaliyyət göstərən şirkətlərin xalis mənfəəti 994,3 milyon manat təşkil edib ki, bu da 2021-ci ilin göstəricisindən 16,7% çoxdur.
Dövlət Statistika Komitəsindən “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, 2022-ci ildə bu sahədə fəaliyyət göstərən şirkətlərin ümumi mənfəəti 1 milyard 301,7 milyon manat (+13,3%) təşkil edib.
2022-ci ildə bu sahədə yaradılmış əlavə dəyər 1 milyard 885,6 milyon manat məbləğində (+14,7%) olub.
2022-ci ilin sonuna sektorda 30,554 min nəfər çalışıb, orta əməkhaqqı 1,348 min manat (+16,7%) təşkil edib.
2022-ci ildə sektora kapital qoyuluşu 400 milyon manat (+2,6 dəfə), o cümlədən daxili kapital qoyuluşu 361,3 milyon manat (+2,7 dəfə), xarici kapital qoyuluşu 38,7 milyon manat məbləğində (+2 dəfə) olub.
2022-ci ildə sektorda fəaliyyət göstərən sahibkarların gəlirləri 2 milyard 755,973 milyon manat (+15,2%) təşkil edib. Əsas gəlir – 1 milyard 44,244 milyon manat (+6,4%) mobil rabitə xidmətlərinin göstərilməsindən əldə edilib. Bütövlükdə mobil rabitə xidmətlərinin göstərilməsindən əldə edilən gəlir sektor üzrə gəlirlərin 37,9%-ni (2021-ci ildə 41%-ni) təmin edib.
Hesabat ilində internet xidmətlərinin göstərilməsindən 276,064 milyon manat (+10,8%), peyk rabitəsi üzrə 61,496 milyon manat gəlir (-13,6%) əldə edilib.*
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət