2023-cü ilin birinci yarısında Azərbaycanda sığorta şirkətləri tərəfindən “Yaşıl Kart” sistemi çərçivəsində 29,516 min sığorta müqaviləsi rəsmiləşdirilib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 2,4 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi İcbari Sığorta Bürosuna (İSB) istinadən xəbər verir.
“2023-cü ilin birinci yarısında 29,516 min sığorta müqaviləsi rəsmiləşdirilib və həmin müqavilələr üzrə 7 milyon 338,196 min manat sığorta haqqı (artım 5,8 dəfə) toplanıb”, - deyə məlumatda qeyd olunur.
Artımım ən önəmli səbəbi 1 yanvar 2023-cü il tarixindən etibarən Gürcüstan və Qazaxıstanda qeydiyyatdan keçmiş nəqliyyat vasitələrinə Azərbaycan “Yaşıl Kart”larının satılmasıdır. Belə ki, 2023-cü ilin ilk 6 ayı ərzində Qazaxıstan və Gürcüstan qeydiyyatlı nəqliyyat vasitələri üçün təqribən 9 min sığorta müqaviləsi rəsmiləşdirilib və 5 milyon manata yaxın sığorta haqqı toplanıb. Həmin sığorta müqavilələrinin təqribən 7 min ədədi Qazaxıstan, 2 min ədədi isə Gürcüstan qeydiyyatında olan nəqliyyat vasitələrinə münasibətdə tərtib olunub.
2023-cü ilin müvafiq dövründə təqribən 21 min sığorta müqaviləsi (artım 67%) rəsmiləşdirilib və həmin müqavilələr üzrə 2,5 milyon manat civarında sığorta haqqı (artım 2 dəfə) yığılıb.
2023-cü ilin 6 ayı ərzində 164 yol-nəqliyyat hadisəsinə (artım 40,2%) görə 550 min manata yaxın sığorta ödənişi (artım 1,9 dəfə) həyata keçirilib. Ortalama sığorta ödənişi 3,309 min manat (artım 34,2%) təşkil edib.
Hesabat dövründə ölkə daxilində 29 Yaşıl Kart hadisəsi (artım 38,1%) üzrə 59 min manat sığorta ödənişi (artım 40,5%) həyata keçirilib.
2016-cı ildən İcbari Sığorta Bürosu Beynəlxalq Bürolar Şurasına üzv olan milli Yaşıl Kart Bürosunun funksiyalarını həyata keçirir.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət