Özbəkistanın Makroiqtisadi və Regional Tədqiqatlar İnstitutunun ekspertləri Bakı ilə Daşkənd arasında kənd təsərrüfatı və ərzaq məhsulları üzrə ticarət dövriyyəsini təhlil ediblər.
“İnterfaks-Azərbaycan” agentliyi institutun məlumatına istinadən bildirir ki, 2022-ci ildə ölkələr arasında kənd təsərrüfatı və ərzaq məhsulları üzrə ticarət dövriyyəsi son 5 il ərzində təqribən 5 dəfə artaraq $40,8 milyon təşkil edib.
2022-ci ildə Özbəkistan Azərbaycana $35,1 milyon dəyərində kənd təsərrüfatı və ərzaq məhsulları ixrac edib. İxracın əsasını tütün və tütünün sənaye əvəzediciləri, kişmiş, adi lobya, yerfındığı, qoz ləpəsi, şokolad və tərkibində kakao olan digər hazır qida məhsulları təşkil edib. Ötən il Azərbaycandan Özbəkistana $5,7 milyon dəyərində kənd təsərrüfatı və ərzaq məhsulları idxal edilib. İdxalın əsasını fındıq, badam, sair bitki yağları və piyləri, şokolad və tərkibində kakao olan məhsullar, alkoqolsuz içkilər, yonca toxumu və s. təşkil edib.
2022-ci ildə Azərbaycan Özbəkistanın kənd təsərrüfatı məhsullarının ixracında 9-cu, idxalda isə 33-cü yerdə qərarlaşıb.
İnstitutun məlumatına görə, 2022-ci ilin iyul ayında Türk Dövlətləri Təşkilatının kənd təsərrüfatı nazirlərinin birinci görüşündə Azərbaycan və Özbəkistanın kənd təsərrüfatı nazirləri aqrar sahədə əməkdaşlıq üzrə Yol Xəritəsi imzalayıblar.
Sənəddə iki ölkənin aqrar sığorta sisteminin, kənd təsərrüfatının rəqəmsallaşdırılması, kənd təsərrüfatına dövlət dəstəyi mexanizmləri sahəsində təcrübə mübadiləsi aparması, ipəkçilik sahəsində birgə müəssisənin yaradılması öz əksini tapıb.
2023-cü ildə Daşkənddən quru və təzə meyvələrin ilk dəfə “Beynəlxalq yol daşımaları” elektron sistemi (eTIR) vasitəsilə Bakı hava limanına daşınması uğurla həyata keçirilib.
“Azərbaycan və Özbəkistan arasında aqrar sahədə daha səmərəli əməkdaşlıq hər iki tərəfin bilik və təcrübə əldə etməsinə, kənd təsərrüfatının məhsuldarlığının və səmərəliliyinin artırılmasına töhfə verə bilər ki, bu da öz növbəsində, iki ölkənin sosial-iqtisadi inkişafına müsbət təsir göstərir”, - deyə institutun ekspertləri vurğulayıblar.*
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət