Avqustun 18-də İstanbulda “Azərbaycan Hava Yolları” QSC (AZAL) və Türkiyənin Dövlət Hava Limanları Baş İdarəsi (DHMİ) Avropa və Asiya arasında aeronaviqasiya uçuşlarının təhlükəsizliyini təmin etmək məqsədilə SOCEA aeronaviqasiya xidməti təminatçılarının Aeronaviqasiya Təhlükəsizliyinin Əlaqələndirilməsi üzrə regional platformanın yaradılması haqqında müqavilə imzalayıb.
SOCEA platformasının yaradılmasının təşəbbüskarları kimi AZAL və DHMİ cıxış edir.
AZAL-ın məlumatında deyilir ki, müqavilə AZAL-ın “Azəraeronaviqasiya” HHİ-nin direktoru Fərhan Quliyev və Türkiyənin DHMİ-nin baş direktoru Hüseyn Keskin tərəfindən imzalanıb.
“Bu müqavilə Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlıq proqramı çərçivəsində AZAL və DHMİ arasında əməkdaşlığın nəticəsidir. O, regionda uçuşların təhlükəsizliyini və iki ölkənin aviasiya sahəsində əməkdaşlığını təmin etmək təşəbbüsünü vurğulayır”, - məlumatda vurğulanır.
SOCEA beynəlxalq aeronaviqasiya əməkdaşlıq platforması uçuşların təhlükəsizliyinin təmin edilməsi üzrə regional strategiyanın işlənib hazırlanması və həyata keçirilməsi, həmçinin Türkiyə və Azərbaycanın təsisçiləri və ilk üzvləri olduğu regionda aeronaviqasiya xidməti provayderləri arasında əməkdaşlığın təşviqi üçün nəzərdə tutulub.
SOCEA, həmçinin regionda hava hərəkətinin təşkili üzrə təhlükəsizliyin idarəedilməsi sistemlərinin və regional səviyyədə uçuş təhlükəsizliyinin idarə olunması üçün risklərin qiymətləndirilməsi yanaşmasının səmərəli tətbiqinə, eləcə də sənayenin rəqəmsallaşdırılması prosesinin modernləşdirilməsinə və standartlaşdırılmasına töhfə verəcək. **
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət