Qarabağ Erməniləri Hərəkatının rəhbəri Artur Ağacanov hesab edir ki, BMT Təhlükəsizlik Şurası avqustun 16-da keçirilən iclasda Ermənistana Azərbaycanla real sülh danışıqları aparmağın zəruriliyini aydın şəkildə göstərdi.
“Ötən həftə BMT Təhlükəsizlik Şurasının “Qarabağda humanitar vəziyyət”ə həsr olunmuş təcili iclası keçirilib. Hesab edirəm ki, bu iclas onun keçirilməsinin təşəbbüskarı olan Ermənistan üçün uğursuz oldu. Belə bir nəticə həm də Ermənistan Xarici İşlər Nazirliyinin və bütün erməni diplomatiyasının işinin zəifliyinə dəlalət edir. Əlavə edim ki, Ermənistan XİN-in bu cür zəif və ən əsası, qeyri-ardıcıl fəaliyyəti artıq heç kəsi təəccübləndirmir”, - deyə Ağacanov “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Onun sözlərinə görə, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan BMT-də bəyan edib ki, guya Qarabağ erməniləri ərzaq, dərman, yanacaq və s. çatışmazlığı ilə üzləşiblər. “Bununla bağlı Ermənistan XİN başçısına müraciət etmək istəyirəm. Əgər Qarabağ ermənilərinin taleyi sizi və qondarma “Qarabağ hakimiyyəti”ni bu qədər narahat edirsə, o zaman Ağdam-Xankəndi yolu nə üçün beton plitələrlə bağlanıb? Rəsmi Bakı dəfələrlə bu yoldan yerli ermənilərin ehtiyacları üçün istifadə etməyi təklif edib. Lakin Qarabağda hakimiyyəti qəsb etmiş separatçılar bundan imtina edirlər. Buna görə də Qarabağ ermənilərinin blokadasını məhz Ermənistan hakimiyyəti və separatçılar təşkil edib. Azərbaycanın bu blokada ilə heç bir bağlılığı yoxdur”, - deyə o qeyd edib.
Ağacanov hesab edir ki, bu səbəbdən BMT TŞ-nin iclasında Ermənistanın Azərbaycanla real sülh danışıqları aparmasının zəruriliyini birmənalı şəkildə qeyd ediblər.
Ekspertin fikrincə, Laçın yolu vətəndaşların hərəkəti üçün açıqdır, lakin xüsusi buraxılış rejimində fəaliyyət göstərir ki, bu da təbiidir, çünki Ermənistan silahlı qüvvələri tərəfindən hər zaman təxribat riski var. “Laçın yolu işləyir, dünən bu yolla Ermənistana daha 60 nəfər gedib. Odur ki, bu yolun bağlanması ilə bağlı bütün söhbətlər yenə də İrəvanın və Qarabağ separatçılarının yalanıdır”, - deyə o vurğulayıb.
Ağacanov əlavə edib ki, Qarabağ ermənilərinin seçimi var – ya burada Azərbaycanın qanunları ilə yaşamaq ya da istənilən başqa yerə getmək. “Rəsmi Bakı həmişə bəyan edib ki, Azərbaycanın ərazi bütövlüyünə hörmət edən və onun qanunları ilə yaşamağa razı olan şəxslər qala bilərlər. Bu şərtləri qəbul etməyənlər üçün isə qapılar açıqdır və onlar Qarabağı tərk edib istədikləri yerdə yaşaya bilərlər. Azərbaycanın hərəkətləri sadə və məntiqlidir - heç kim öz torpağında separatizmə dözmək istəmir. Buna görə də Bakı ermənilərə seçim imkanı verir. Öz suverenliyinə hörmət edən istənilən ölkə belə bir vəziyyətdə Azərbaycan hakimiyyətinin etdiyi kimi hərəkət edərdi”, - deyə ekspert qeyd edib.*
Siyasi xəbərlər şöbəsi
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət