SOCAR şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda 27 yatağın SPE-PRMS təsnifatı əsasında hesablanması istiqamətində işlərə başlayıb.
“DeGolyer and MacNaughton” şirkəti ilə əməkdaşlıq çərçivəsində Xəzər dənizinin Azərbaycan sektorunda 27 yatağın SPE-PRMS təsnifatı əsasında (ehtiyatların - İF) hesablanması istiqamətində işlərə başlanılıb”, - şirkətin məlumatında deyilir.
Bazar ertəsi SOCAR şirkətinin prezidenti Rövşən Nəcəf “DeGolyer and MacNaughton” şirkətinin sədri və baş icraçı direktoru Con Vallas (John W.Wallace) ilə görüşüb.
Görüş zamanı strateji yataqların karbohidrogen ehtiyatlarının “DeGolyer and MacNaughton” şirkəti tərəfindən beynəlxalq standartlara uyğun olaraq hesablanması, həmçinin yataqların modelləşdirilməsi işləri üzrə 2017-ci ildən etibarən davam etdirilən əməkdaşlıqdan məmnunluq ifadə edilib.
“Görüşdə SOCAR-ın strateji hədəflərindən və qarşıya qoyulan vəzifələrdən bəhs edilib, səmərəliliyin daha da artırılmasının və optimallaşdırmanın təmin edilməsinin şirkətin uzunmüddətli Korporativ Strategiyasının əsas istiqamətlərindən olduğu bildirilib, hasilatın optimallaşdırılması istiqamətində atılan addımlarə dair fikir mübadiləsi aparılıb”, - məlumatda vurğulanır.
SPE-PRMS (Petroleum Resources Management System) - dünyada ən çox yayılmış karbohidrogen ehtiyatlarının qiymətləndirilməsi sistemi. Sistem yalnız yataqda neft və qazın aşkarlanması imkanını deyil, onların çıxarılmasının iqtisadi səmərəliliyini də nəzərə alır.
Daha öncə SOCAR-ın rəsmi məlumatına istinadən məlumat verilib ki, 1 yanvar 2023-cü il tarixinə olan vəziyyətə görə, Azərbaycanda dəqiqləşdirilmiş çıxarıla bilən və proqnozlaşdırılan kondensatla neft və qaz ehtiyatları neft ekvivaletində 8,43 milyard ton həcmində qiymətləndirilir.
Azərbaycanda dəqiqləşdirilmiş çıxarıla bilən və proqnozlaşdırılan kondensatla neft ehtiyatları 2,54 milyard ton, qaz ehtiyatları – 6,25 trilyon kuibmetr təşkil edir.
Ümumilikdə, 1 yanvar 2023-cü il tarixinə olan vəziyyətə görə, Azərbaycanda 2,2 milyard ton neft və 992 milyard kubmetr qaz hasil olunub.
1 yanvar 2023-cü il tarixinə olan vəziyyətə görə, Azərbaycanda 81 yatağ aşkar edilib, onlardan 58-i hasil olunur, 23 yataq isə işlənməyə cəlb olunmayıb və yaxud işlənməsi dayandırılıb. İşlənmədə olan 39 yataq quru ərazidə, 19 yataq isə dəniz ərazisində yerləşir. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət