2022-ci ildə Azərbaycanda bütün növ ət və ət məhsulları ilə özünütəminetmə səviyyəsi 86% (2021-ci ildə 86,4%) təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Statistik məlumatlara görə, 2022-ci ildə mal əti və ondan hazırlanan məhsullarla özünütəminetmə səviyyəsi 93%, qoyun əti və ondan hazırlanan məhsullarla özünütəminetmə səviyyəsi 97%, quş əti və ondan hazırlanan məhsullarla özünütəminetmə səviyyəsi isə 78,5% təşkil edib.
2022-ci ildə Azərbaycanda yumurta ilə özünütəminetmə səviyyəsi 100,5% (2021-ci ildə 99,1%), adambaşına illik istehlak 179 ədəd (2021-ci ildə 170 ədəd) təşkil edib.
2022-ci ildə Azərbaycanda adambaşına düşən bütün növ ət və ət məhsullarının illik istehlak həcmi 42 kq, o cümlədən mal əti və ondan hazırlanan məhsulların illik istehlak həcmi 15,8 kq, qoyun əti və ondan hazırlanan məhsulların illik istehlak həcmi 9 kq, quş əti və ondan hazırlanan məhsulların illik istehlak həcmi 16,2 kq təşkil edib.
2022-ci ildə Azərbaycana 11,333 min ton mal əti və ondan hazırlanan məhsullar (azalma 11,7% - İF), 2,728 min ton qoyun əti və ondan hazırlanan məhsullar (artım 67,7% - İF) və 37,149 min ton quş əti və ondan hazırlanan məhsullar (artım 14% - İF) idxal edilib.
Azərbaycanda heyvandarlıq məhsulları ilə özünütəminetmə səviyyəsi, %-lə
Məhsul növləri |
2021 |
2022 |
Bütün növ ət məhsulları |
86,4 |
86 |
Mal əti və ondan hazırlanan məhsullar |
91,9 |
93 |
Qoyun əti və ondan hazırlanan məhsullar |
98,2 |
97 |
Donuz əti və ondan hazırlanan məhsullar |
4,8 |
4,6 |
Quş əti və ondan hazırlanan məhsullar |
79,6 |
78,5 |
Süd və süd məhsulları |
84,8 |
83,3 |
Yumurta |
99,1 |
100,5 |
Balıq və balıq məhsulları |
78,2 |
76,7 |
N.Abbasova*
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət