Qarabağ Erməniləri Hərəkatının rəhbəri Artur Ağacanov hesab edir ki, Qarabağ separatçıları arasında «istefalar» onların arasında daxili siyasi didişmə olduğunu göstərir və «miatsum» adlanan batan gəmidən qaçışdır.
“Qarabağ separatçıları arasında dünənki “istefalara” gəlincə isə, hesab edirəm ki, bu daxili siyasi didişmə və “miatsum” adlı batan gəmidən qaçışdır. Araik Arutyunyan və Qurqen Nersisyan, öz yerlərinə Samvel Şaxramanyanı qoyub çıxıb getdilər. Qarabağda ermənilərə kim "rəhbərlik edərsə" etsin, o başa düşməlidir ki, aydın məsələdir ki, nə Azərbaycan hökuməti, nə də dünya ictimaiyyəti tərəfindən tanınmayan "müvəqqəti hökumət" olacaq”, - Ağacanov “İnterfaks-Azərbaycan"a bildirib.
Onun sözlərinə görə, vəziyyət göstərir ki, Qarabağda yaşayan ermənilər Azərbaycan cəmiyyətinə reinteqrasiyaya getməlidirlər. "Ermənilərin başqa variantı və yolu yoxdur. Əgər yerli ermənilər reinteqrasiyaya gedərlərsə, o zaman onlar yerli sakinlərdən Azərbaycan hökumətinə təsdiq edilməsi üçün Qarabağ iqtisadi rayonunda Azərbaycanın yerli hakimiyyət orqanlarını təmsil edə biləcək şəxslərin namizədliyini təklif edə biləcəklər. İndi aktiv reinteqrasiya mərhələsinin başlanması üçün çox uğurlu zamandır ", - o qeyd edib.
Ağacanov həmçinin Qarabağda ermənilərə yük tədarükü marşrutları ilə bağlı vəziyyəti şərh edib. "Məncə, Ağdam-Xankəndi yolu bu marşruta mükəmməl uyğundur. Bununla yanaşı, bu yol ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası üçün element kimi nəzərdən keçirilə bilər. Ancaq burada problem ondadır ki, Ermənistan və onun Qarabağda son günlərini yaşayan marionet rejimi bu yolun istifadəsinə qəti şəkildə qarşı çıxır. Onlar yük çatdırmaq üçün yalnız Laçın yolundan istifadə etmək istəyirlər. Və bunun üçün müxtəlif səhnə şoularından istifadə edirlər. Belə şoulardan biri iyulun sonunda Ermənistan hökuməti tərəfindən təxminən 20 yük maşını göndərilməsi idi. Və nə oldu? Bu yüklər sərhəddə dayanmağa davam edir, çünki Bakının razılığı olmadan göndərilib ", - ekspert vurğulayıb.
Onun sözlərinə görə, bu həftə Ermənistan hakimiyyəti «humanitar şou»nun ikinci aktını keçirib. Bunun üçün Paris, Strasburq bələdiyyə başçılarını və Fransanın bir sıra digər bölgələrinin rəhbərlərini dəvət ediblər, onlar özləri ilə sərhədə 10 yük maşını yardım gətiriblər. "Yaxşı, Paşinyan və onun komandası o qədər də uzaqgörən deyillər. Lakin Fransada yaxşı başa düşməlidirlər ki, ümumi qəbul olunmuş prinsiplər var: humanitar yük yalnız qəbul edən tərəfin icazəsi ilə göndərilir. Niyə daha bir ucuz təxribat yaratmaq lazımdır? Ən əsası isə bu tamamilə perspektivsizdir. Bu ucuzluğun apofeozunu Paşinyan və İdalqonun İrəvanda iş nahar keçirdikləri barədə məlumat adlandırmaq olar. İdalqo uçub getdi, «yük» Ermənistanın sərhəd rayonlarında anbarlara paylandı, vəssalam. Bu piar aksiyasının effekti sıfırdır. Əksinə, belə ucuz şoular yalnız Ermənistanla Azərbaycan arasındakı onsuz da mürəkkəb olan münasibətləri gərginləşdirir", - o qeyd edib.
Ağacanov əlavə edib ki, Ermənistan-Fransa şousu öncədən uğursuzluğa məhkum idi. "Azərbaycan Qırmızı Aypara Cəmiyyəti Qarabağda ermənilərin ehtiyacları üçün un məhsulları olan iki yük maşını göndərib. Biz nə görürük? Yerli ermənilər 4 günə yaxındır ki, bu yükü qəbul etməkdən imtina edirlər. Bunu necə başa düşmək olar? Guya açlıqdan və yarıac-yarıtox yaşayan insanlar belə davranırlar? Beləliklə, biz burada da Azərbaycan cəmiyyətinə reinteqrasiyanın qarşısını almaq üçün istənilən saman çöpündən yapışan separatçıların ucuz şousunu görürük. Bu isə çıxılmaz bir yoldur. Ən əsası, ağlı olan normal insanlar Qarabağda aclıq olmadığını yaxşı bilirlər. Məhz yerli ermənilər özlərinə problem yaratdılar", - ekspert vurğulayıb. **
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət